Yuxarı

AMEA Ziya Bünyadovu andı - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 24-də AMEA Şərqşünaslıq İnstitutunun kollektivi Fəxri Xiyabanda görkəmli şərqşünas alim, Sovet İttifaqı Qəhrəmanı, akademik Ziya Bünyadovun xatirəsini anıb, məzarı üzərinə əklil və gül dəstələri qoyub.

Kult.az xəbər verir ki, anım mərasimində bu elm müəssisəsinin direktoru, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva akademik Z.Bünyadovun zəngin və mənalı həyat yolundan, böyük elmi irsindən, yaratdığı elmi məktəbdən danışıb. Alimin yetirmələrinin onun yolunu layiqincə davam etdirdiklərini söyləyib. Bildirib ki, Z.Bünyadovun öz fundamental tədqiqatları ilə Azərbaycan şərqşünaslıq məktəbinin şöhrətini ölkənin hüdudlarından çox-çox uzaqlara yayaraq orta əsrlər şərqi və ərəb xilafəti, Azərbaycan, Qafqaz və Orta Asiya tarixi üzrə görkəmli mütəxəssis kimi dünyada tanınıb.

İnstitutun direktoru Z.Bünyadovun dünya şöhrətli alim olmaqla yanaşı, həm də Böyük Vətən müharibəsi illərində göstərdiyi rəşadətə görə Sovet İttifaqı Qəhrəmanı adını almasını, həm keçmiş Sovet dövründə, həm də müstəqillik illərində Azərbaycan xalqının mənafeyini öz kəsərli qələmi ilə həmişə yüksək səviyyədə müdafiə etməsini, ölkəmizin müstəqilliyi uğrunda mübarizə aparan əsas şəxslərdən olmasını qeyd edib.

Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Şahin Mustafayev, institutun Ərəb ölkələri tarixi və iqtisadiyyatı şöbəsinin müdiri, t.ü.f.d. Fərda Əsədov və başqaları görkəmli alimin zəngin irsdən və Azərbaycan şərqşünaslıq elminin inkişafındakı xidmətlərindən danışıblar.

Tarix
2017.02.24 / 17:57
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla