Konfrans Liqası: "Fənər” “Olimpiakos” səddinə ilişdi
02:00
Ana səhifə Hadisə |
13:41
Tanınmış jurnalist Zabil Müqabiloğlu dünyasını dəyişib.
Bu barədə Axar.az-a Arqument.az saytının baş redaktoru Şəmşad Ağa məlumat verib. Ş.Ağa bildirib ki, məlumat həmkarımızın yerləşdirildiyi xəstəxanadan təsdiqlənib.
Xatırladaq ki, Zabil Müqabiloğlunun səhhəti gecə saatlarında qəfil pisləşmişdi və o, koma vəziyyətində 1 saylı Kliniki Xəstəxanaya gətirilmişdi.
Z.Müqabiloğlu serrozdan əziyyət çəkirdi və 3 ay öncə də qanaxma ilə xəstəxanaya yatırılmışdı.
O, 1977-ci il noyabrın 17-də Zəngilan rayonunun Babaylı kəndində anadan olmuşdu. "525-ci qəzet", "Avropa", "Tərcüman" və "Yeni Müsavat" qəzetlərində fəaliyyət göstərmişdi. Gunxeber.com saytının baş redaktoru idi.
Allah rəhmət eləsin!
Tarix
2017.02.26 / 23:43
|
Müəllif
Axar.az
|