Yuxarı

Müşfiqin abidəsi yoxa çıxdı: nazirlik işə qarışdı - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azəravtoyol ASC-nin təmir işləri ilə əlaqədar görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqin Bakıdakı abidəsini götürməsi böyük etirazla qarşılanıb.

Kult.az xəbər verir ki, heykəlin dağıdıldığını deyən vətəndaşlar sosial şəbəkədə bu addımı sərt şəkildə qınayaraq, aidiyyəti qurumlardan tədbir görməyi tələb edib.

Virtualaz.org-a danışan Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi yanında mədəni irsin mühafizəsi, inkişafı və bərpası üzrə Dövlət xidmətinin rəhbəri Zakir Sultanov bunları deyib:

“Abidəni hər hansı icazə olmadan dağıdıblar. Bu hiddət doğuran hadisə ilə əlaqədar biz məhkəmə instansiyalarına müraciət etmək niyyətindəyik”.

Məsələ ilə bağlı Kult.az-a açıqlama verən Azəravtoyol ASC-nin mətbuat katibi Anar Nəcəfli heykəlin təmir işləri ilə bağlı müvəqqəti olaraq götürüldüyünü bildirib:

“Azəravtoyol" barbar deyil ki, hansısa şairin, görkəmli şəxsin heykəlini dağıtsın. Biz əksinə, orada gedən təmir işləri zamanı heykəlin zərər görməməsi üçün onu söküb anbara aparmışıq. Təmir 2 ay ərzində yekunlaşacaq və heykəl yerinə qoyulacaq”.

Tarix
2017.02.27 / 13:25
Müəllif
Aqşin Evrən
Şərhlər
Digər xəbərlər

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla