Yuxarı

Millət vəkili Aşıq Azərin əməliyyatından danışdı

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əziz dostlar, 3-4 gün əvvəl İstanbulda xəstəxanada yatan və əməliyyata hazırlaşan istedadlı aşıq qardaşımız Azər Xanlaroğlu ilə görüşdük və müalicəsinin gedişi, planlaşdırılan əməliyyatla bağlı geniş fikir mübadiləsi apardıq.

Bu barədə Axar.az-a millət vəkili Qənirə Paşayeva bildirib. Millət vəkili əməliyyata lazım olan vəsaitdən 9 min manatın çatışmadığını qeyd edib:

“Azərin ailəsi, dostları pul toplayıblar, amma bu vəsait əməliyyat üçün yetərli deyil. Əməliyyatı edəcək həkimlər bir neçə gün içərisində pulun qalan hissəsinin xəstəxanaya köçürülməsini şərt kimi qoyublar və Azər bəy də bununla razılaşıb. Bu gün Azər bəy əməliyyat olundu, onunla bir az əvvəl danışdıq. Yaxşı olacağına özünün də, bizim də inamımız böyükdür. Dualarınızı əksik etməyin. Dostlardan xahiş edirik ki, Azər bəyə kömək olunması üçün açdığı hesab nömrəsinə kimin gücü çatırsa, gücünün çatdığı qədər dəstək olsun. Ümid edirik ki, aşıq sənətini sevənlər bu sənətin gözəl ifaçılarından Aşıq Xanların övladına və istedadlı bir ozan, aşıq olan Azər bəyə dəstək olmağa çalışacaqlar. Bütün dostları dəstək olmağa çağırırıq. Azərbaycanla yanaşı, qardaş Türkiyədəki dostları da dəstəyə çağırırıq.

Azər Xanlaroğlunun telefon nömrəsi: 0502102701

Bank hesabı:

IBAN Numaram:

TR960004601409001000008657

Hesab Numarası: 1409-0008657

Swift kod: AKBKTRIS

Soyad Ad: Yusifli Inci

Bank: Akbank

Dollar hesabıdır.

Qeyd edək ki, 33 yaşlı aşıq Azər Xanlaroğlu 3 ildir ki, hepatit xəstəliyindən əziyyət çəkirdi. Onun ayağında şiş - fil xəstəliyi var idi. Eyni zamanda, aşığın qaraciyəri dəyişdirilməliydi.

Sosial şəbəkələrdə onun ilk əməliyyatına görə tələb olunan 15 min dollar üçün yardım kampaniyası başladılmışdı.

Aşıq iki ay Türkiyədə müalicə alacaq. Şair Ehtiram İlham əməkdaşımıza bildirib ki, klinikanın məsrəfi çox olduğundan Azərə müalicə müddətində qalması üçün ev kirayə ediləcək.

Tarix
2017.03.30 / 10:11
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla