Yuxarı

DGK-dan gömrükçünün döyülməsi ilə bağlı - Açıqlama

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

20:39

Dövlət Gömrük Komitəsi “Sınıq Körpü” gömrük postunda kütləvi davanın baş verməsi və gömrük işçisinin döyülməsi ilə bağlı yayılan məlumata aydınlıq gətirib.

Dövlət Gömrük Komitəsi Mətbuat Xidmətindən Axar.az-a daxil olan məlumatda deyilir: “Bu gün bir sıra kütləvi informasiya vasitələrində Tovuz Gömrük İdarəsinin Gürcüstanla sərhəddə yerləşən “Sınıq Körpü” gömrük postunda kütləvi dava baş verməsi, hadisə nəticəsində “Sınıq Körpü” gömrük postunun əməkdaşının xəsarət alması barədə həqiqətə uyğun olmayan məlumat yayılıb”.

Dövlət Gömrük Komitəsi bildirir ki, “Sınıq Körpü” gömrük postunda “dispetçer” vəzifəsi yoxdur və ümumiyyətlə bu postda Tural Musayev adlı gömrük əməkdaşı işləmir. Gün ərzində də gömrük postunun ərazisində hər hansı insident baş verməyib və gömrük postu gündəlik iş şəraitində fəaliyyətini davam etdirir.

“Dövlət Gömrük Komitəsi bir daha media qurumlarını və jurnalistləri komitə, onun əməkdaşları və ya fəaliyyəti barədə məlumat yayımlayarkən diqqətli olmağa, dəqiqləşdirilməmiş məlumatları yayımlamaqdan çəkinməyə dəvət edir”,- deyə məlumatda bildirilir.

Xatırladaq ki, Report bu gün axşam saatlarında "Sınıq Körpü" gömrük-keçid məntəqəsində dispetçer işləyən Qazax rayon İkinci Şıxlı kənd sakini, 1986-cı il təvəllüdlü Rəşad Həmid oğlu Musayev ilə Gürcüstan vətəndaşları arasında mübabisə yarandığını, dava düşdüyünü, gömrük işçisi ilə bərabər, bu zaman hadisə yerinə gələn gömrük işçisinin qardaşı, 1982-ci il təvəllüdlü Tural Musayev də döyüldüyünü və iki qardaşın müxtəlif bədən xəsarətləri ilə Qazax rayon Müalicə Diaqnostika Mərkəzinin travmatologiya şöbəsinə yerləşdirildiyini yazıb.

Xəstəxanadan Rəşad və Tural Musayevlərin vəziyyətləri orta-ağır olaraq qiymətləndirilib.

Tarix
2017.04.25 / 22:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla