Yuxarı

Aişə mübahisəsi: Peyğəmbərlə evlənəndə… - Araşdırma

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev uzun zamandır sosial mediada müzakirə edilən Həzrət Aişənin Məhəmməd peyğəmbərlə 9 yaşında ailə qurması barədə söylənilən əsassız iddialara arqumentli cavab verib.

Kult.az dosent Z.Əliyevin məqaləsini təqdim edir:

Uzun zamandır internetdə Həzrət Aişənin Məhəmməd peyğəmbərlə 9 yaşında ailə qurmasını "dəlil" göstərən bəziləri bu uydurmada Qərb və bəzi Şərq ateistlərinin fikirlərinə söykənirlər. Xüsusən Səhih əl-Buxarinin əsərinə istinad edirlər. Bu barədə kiçik bir izah vermək istəyirəm:

1. Həzrət Aişə Məhəmməd peyğəmbərlə ailə quranda 9 yaşı olmayıb. Çünki bütün mənbələrdə yazırlar ki, Aişə Rəsulullahla nişanlanmamışdan əvvəl Cübeyrl bin Mutimlə nişanlı idi. Cübeyrlə nişanın pozulmasına səbəb isə Aişənin müsəlmanlığı qəbul etməsi idi. Deməli, Aişə Hz. Məhəmmədlə nişanlanmazdan əvvəl yaşadığı cəmiyyətin qayda-qanunlarına görə evlilik yaşına çatmış gənc bir qız idi. İndi sual yaranır: Aişə 6 yaşda Rəsulullahla nişanmışdırsa, ondan əvvəl Cübeyrlə neçə yaşda nişanlı olur? 3-4 yaşdamı? Sizcə, 3-4 yaşda bir qız müsəlmanlığı necə qəbul edə bilər?

2. Aişə 605-ci ildə anadan olmuşdur. Onun peyğəmbərlə nikahı islamın ərazidə yayılmasından on üç-on dörd il sonra (623-624-cü ildə) baş tutmuşdur. Başqa sözlə, Aişənin evləndiyi vaxtda ən azı on yeddi-on səkkiz yaşı vardı. Böyük Britaniyanın Birmengem şəhərində 1996-cı ildə ingilis alimlərinin ümumi elmi rəyindən sonra nəşr edilər “Onun evlilik vaxtında yaşının öyrənilməsi” (“A Study of Her Age at the Time of Her Marriage”) adlı kitabın 643-cü səhifəsində qeyd edilir ki, Aişənin nikaha girəndə 19 yaşı var idi.

3. Peyğəmbərin evliliklərinin müəyyən bir ictimai əhəmiyyəti də var idi. Tarixdə “nikah diplomatiyası” adlı bir məfhum var. Müxtəlif qəbilələri birləşdirmək, münasibətləri düzəltmək üçün evlilik əlaqəsinə girirdilər. Ərəbistan yarımadasında qohumluq münasibətlərinə önəm verilirdi. Peyğəmbərin evlilikləri insanlar arasında birlik yaratmaq məqsədi ilə olurdu. Çox insanlar istəyirdilər ki, peyğəmbərlə qohum olsunlar. Nikah diplomatiyası islamdan qabaq xristianlarda, yəhduilərdə, qədim Misirdə və sair ölkələrdə ənənə idi. Hətta Misirdə tapılan, dünyanın ən qədim beynəlxalq hüquq sənədi olan daş yazılarda Misir fironu ilə Hett çarlığı arasında sülh yaratmaq üçün nikah diplomatiyasının önəmli olduğunu qeyd edirlər.

Erkən nikahla bağlı

Əksər Avropa ölkələrində rəsmi olaraq minimum evlilik yaşı 18 yaş, Şotlandiyada isə 16 yaşdır.

İlk dəfə 1275-ci ildə qanunla İngiltərədə qızlar üçün minimum evlənmə yaşı 12 olub. 1791-ci ildə Fransada Napoleon Məcəlləsində isə 11 yaş olaraq göstərilib. ABŞ-da 1800-cü illərin sonuna qədər minimum evlilik yaşı on-on iki yaş civarında olub. Hətta Delaver ştatında 1880-ci ilə qədər qanunla evlənmə yaşı qızlar üçün yeddi yaş göstərilib.

Avropada uşaq yaşda evlilik xristialıqdan qabaq da olub. Eramızın 46-120-cı illərində yaşamış Plutarx özünün “Müqayisəli tərcümeyi-hal” adlı əsərində qeyd edir: “... romalılar öz qızlarını 12 yaş və hətta ondan da az yaşda ərə verirlər; onlar düşünürlər ki, bu yolla onların (qızların) bədənləri kimi ağılları da gələcək ərlərinin (evinə) təmiz və korlanmamış şəkildə gedəcək!”

Əslində, 11 və 12 yaş da nisbidir. Avropa tarixi daha erkən yaşda evlənən şahzadə qızlar və oğlanlarla doludur. Məsələn, ingilis tarixçiləri hələ də VII Henri Tudorun anası Marqaret Boforun 7 aylıqmı, yoxsa 7 yaşındamı evlənməsi üzərində mübahisə aparır; lakin 7 yaşında evlənməsinin daha inandırıcı olduğu düşünülər. Dörd dəfə evlənən bu qadın ilk və yeganə övladı VII Henrini 13 yaşında olarkən ikinci ərindən dünyaya gətirib.

Bir başqa misal olaraq Fransa kralı VII Ludovikin üç dəfə evlənmiş qızı Fransalı Aqnesi göstərə bilərik. Aqnes Bizans kralı ilə evlənərkən 8 yaşında olub. Uşaq yaşda dul qalan Aqnes ikinci dəfə evlənərkən 12 yaşında, əri isə 62 yaşında olub.

Bu gün rəsmi icazə əsasında 15, yaxud 16 yaşda evliliyin mümkün olduğu Avropa ölkələri bunlardır: Avstriya, Bolqariya, Xorvatiya, Çexiya, Danimarka, Estoniya, Gürcüstan, Almaniya, Macarıstan, İtaliya, Latviya, Litva, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya və s. Yəni Avropa dəyərlərini gözə soxanlar bu qanunlarla da bir tanış olsunlar. Onda məntiqlə adları çəkilən ölkələr hamısı “pedofillərdir”?

Ən sonda

O dövrdə niyə çoxarvadlıq qəbul edildi? Məlumdur ki, o zaman döyüşlər zamanı kişilər öldürüldükdə qadınları başsız qalırdı. Ailə qurmaq şansları olmayan bu qadınların iki çıxış yolu var idi: ya ailəsinin üstünə qayıtmaq, ya da fahişəliklə məşğul olmaq. O dövrdə isə islamdan öncə və qərar çıxana qədər açıq evlər var idi ki, qadınlar orda cinsi istismara məruz qalırdılar. Peyğəmbər bu qanunu qəbul etməklə o dövrdə qadınları cinsi zoraklıqdan qurtamaq məqsədi güdürdü. Bir neçə qadın alan şəxsin üzərində bütün qadınlara eyni cürə baxmaq tələbi qoyulmuşdu.

Tarix
2017.04.26 / 15:06
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

Ceyhun Bayramov Türkiyə xalqını təbrik etdi

Şeytan yuvası yerlə-yeksan edildi - Prezident

Prezident Xankəndi ilə bağlı mühüm faktları açıqladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla