Yuxarı

Həbsxanada evlənən ömürlük məhkum şair - Video

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

ARB TV-nin "Rezonans" verilişində bu dəfə ömürlük həbsə məhkum olunan, həbsxanada evlənən şair Sergey Strelyayevin həyat hekayəsinə yer verilib.

Kult.az-ın məlumatına görə, artıq bir övlad sahibi olan Sergey Strelyayev bildirib ki, xanımı onun ömürlük həbsdə qalacağını bilə-bilə onunla evlənib:

"Adi uşaq olmuşam. Artıq 4 yaşımda oxuyub-yazmağı bilirdim. Yüksək balla universitetə daxil oldum. Təhsili yarımçıq qoyub hərbi xidmətə yollandım. Qayıdanda isə həbs olundum. Adətən dərd bütün yaradıcı insanları qələmə tərəf yönləndirir. Əgər daxilindən gəlirsə, lap kosmosda da olsan qələmə əl atacaqsan. 7 şeirlər kitabım işıq üzü görüb. Onunla kitab təqdimatında tanış olduq. Münasibətimiz yarandı. Görüşürdük. Mənə dedi ki, ümumiyyətlə azadlığa çıxmasan da, səninlə evlənəcəm. Mənim şeirlərimi ondan gözəl heç kim oxuya bilmir. Bizim bir övladımız da dünyaya gəldi, özümə yer tapa bilmirdim. Onun səsini telefonda eşidirdim. Azadlığa çıxmaq imkanım olsaydı, ilk evimə yollanardım. Çox darıxmışam. Artıq 15 ildir ki, burdayam. İnsan polad kimidir, nə qədər onu tale vurur, o, daha da möhkəmlənir. Arzularımdan biri odur ki, çıxandan sonra yoldaşıma toy edim. Övladımın layiqli yetişib faydalı insan olmasını istəyirəm".

Məhkumun həyat yoldaşı Lyudmila Strelyayeva da fikirlərini bölüşüb:

"Həftədə bir dəfə - şənbə günü danışırıq. Darıxıram, amma mən evlənəndə bilirdim ki, belə olacaq. Ona görə də indi oturub səhər-axşam dərd çəkməyin də mənası yoxdur".

Verilişdə cütlüyün nikah mərasimindən olan görüntülər də yer alıb.

Tarix
2017.04.27 / 14:57
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla