Yuxarı

Sevincdən ağlayırdılar - İslamiada səhnəsindəki baba

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

IV İslam Həmrəyliyi Oyunlarının açılış törəni bir çox maraqlı hadisələrlə yadda qaldı. Maraqlı bədii kompozisiya, süjet vasitəsilə Şərq fəlsəfəsi, folkloru, İslam dünyasının dünəni haqqında əsrarəngiz bilgiləri obrazların diliylə çatdıran mərasimdə maraqlı məqamlardan biri də baba və nəvə ilə əlaqəli süjet oldu.

Xalq artisti Nurəddin Mehdixanlının canlandırdığı baba Mina adlı nəvəsini Filarmoniya bağına gətirir. Bundan sonra uşaqlıq simvolu olan çərpələnglə İslam coğrafiyasının keçmişinə səyahət edən Mina hadisələrin əsas qəhrəmanı olur. Biz onun gözü ilə keçmişə səyahət edir, kəşflər, karvansara və s. kimi səhnələrdə sülh-sevgi dini olan İslamın yayıldığı ərazilərdəki tarixi nailiyyətlərlə tanış oluruq.

Moderator.az saytına açıqlama verən Nurəddin Mehdixanlı həm hazırlıq prosesi, həm də açılış törəni haqqında maraqlı məqamlara toxunub:

“İslamidadanın açılış mərasimində iştirak etmək taleyimdəki çox xoş günlərdən biridir. Təqribən, 4 ay hazırlıq proseslərinin içində oldum. Son iki ayda aktiv məşqlərimiz davam etdi. Millətimizin təşkilatçılıq qabiliyyətinə heyran qaldım. Deməli, imkan, şərait yaradılanda biz hər şeyi bacarırıq, bu sayaq tədbirləri ən yüksək səviyyədə həyata keçiririk. Beş mindən artıq insan orada saat mexanizmi ilə işləyirdi. Xüsusilə də könüllülərin zəhmətini qeyd etmək istəyirəm. Onları kimsə məcbur etmirdi, amma o qədər şövq, həvəslə çalışırdılar ki!

Asan məsələ deyil, dünyada bir milyarddan çox müsəlman var və hər bir müsəlman dövlətinin gözü burada idi. Bunlar həm də təşkilat komitəsinin sədri Mehriban xanım Əliyevanın xüsusi xidmətləridir. Hazırlıq prosesi daim onun nəzarəti altında idi.

İnsanların orada işə vurğunluğu məni heyran etdi. Azərbaycanlı uşaqlarımız orada ingilis, fransız, alman, italyan dillərində bilsəz, necə gözəl danışırdılar! İngilis dilində ingilisdən yaxşı, alman dilində almandan yaxşı... Doğrudan da fəxr edirdin ki, sənin millətinin belə övladları var. Yaradıcılıq atmosferi çox gözəl idi. Bir məsələni də anladım: sən demə, insanlar heç bir-birilərinin dilini bilmədən də çox gözəl anlaşa bilirmişlər. Geyim rəssamım italyan, rejissor ingilis, o biri başqa ölkədən... Mən o dillərin heç birini bilmirəm. Amma bir-birimizi o qədər gözəl anlayırdıq ki! Sənin niyyətin düzdürsə, dil ünsiyyət zamanı maneəyə çevrilmir. Orada insanların bir-birinə köməyini gördüm. Hər saniyə kimsə kiminsə köməyinə gedirdi. Orada olmaq mənim üçün xoşbəxtlik idi”.

Xalq artisti baba-nəvə süjetinin əsas mahiyyətini də oxucular üçün açıqlayır:

“Oradakı obrazım baba idi. Əsas fikir o idi ki, dünənini bilmədən, onu qavramadan gələcəyini qura bilməzsən. Dünənini tanıyacaqsan, ona sahib çıxacaqsan və orada sənə gərək olanları götürüb gələcək quracaqsan. Bizim “baba-nəvə” süjetinin mənası bu idi.

Mina adlı kiçik qız obrazının-nəvənin əlindəki çərpələng bütün dünyanı gəzir, İslam dünyası, onun tarixi, nailiyyətləri ilə tanış olur və yenidən öz evinə qayıdır”.

Nurəddin Mehdixanlının tədbirdən sonrakı kövrək məqamları deməklə, İslamiadanın həm də mənəvi məsələ olduğunu önə çəkir:

“Siz inanın ki, tədbirdən sonra bir-birinin dilini bilməyən adamların sevincdən bir-birilərinə necə sarılıb sevincdən ağlayırdılar. Insanın həyatında hər zaman belə şeylər yaşanmır. Çox xoşbəxtəm ki, bu prosesin içində oldum. Deməli, millət olaraq bir olanda, bir-birimizin yanında olanda bizim üçün həll edə bilmədiyimiz proses yoxdur.

Bəzən, hərdən Azərbaycan gəncliyi haqqında sağ-sol, lazımsız söhbətlər edirlər. Azərbaycan gəncliyini dünən görmək lazım idi. Millətini, bayrağını sevən və ona xidmət edən gəncləri görəndə çox sevindim. Millətimiz üçün uğurlu olsun. Bu həm də çox böyük siyasi məna daşıyan tarixi hadisədir. Dünyaya İslamın sülh, sevgi, harmoniya dini olduğunu göstərdi. Nə yaxşı ki, dünyaya bu sözü biz dedik, Azərbaycan dedi”.

Tarix
2017.05.13 / 19:04
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla