Yuxarı

Həkim 30 mini alaraq aradan çıxdı - Video

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həkim qalmaqallarına biri də əlavə olunub, ancaq bu dəfə həkim səhvi tibbi deyil. Sumqayıtda Rzayevlər ailəsi həkim saxtakarlığı ilə üzləşib.

Xəzər xəbər-in məlumatına görə, onlar böyrək çatışmazlığından əziyyət çəkən gəlinlərini əməliyyat üçün bel bağladıqları həkimin dələduzluğuna düçar olublar. Türkiyəyə əməliyyata xəstə aparmaq üçün Bakıda ofis tutan həkim onların 30 min dollar pulunu alaraq aradan çıxıb. İndi ailə çarəsiz qalıb, 3 ildir nə həkim tapılır, nə də pul.

Sumqayıtda yaşayan 46 yaşlı Səidə Rzayeva böyrək çatışmazlığından əziyyət çəkir. 3 il əvvəl həyat yoldaşı onun müalicə və müayinəsi üçün Bakıda bir iş mərkəzində ofisi olan Ramiz Quluzadə adlı həkimlə tanış olub. Ramiz Quluzadə əməliyyatın Türkiyədə keçiriləcəyini və bunun üçün 30 min dollar lazım olduğunu deyib.

Türkiyədə müayinədən sonra Ramiz Quluzadə yenidən hərəkətə keçib, pulun qalanını da onlardan alıb. Əməliyyat baş tutmayanda isə ailə narahat olaraq Ramiz Quluzadə ilə tez-tez əlaqə saxlayıb. Lakin bir müddət sonra həkimi tapmaq mümkün olmayıb. Səidə Rzayevanın həyat yoldaşı Cahangir Rzayev deyir ki, arada internet vasitəsi ilə əlaqə saxlasalar da, Ramiz Quluzadə bir müddət yalançı vədlər verdikdən sonra yoxa çıxıb.

Cahangir Rzayev deyir ki, əməliyyat üçün lazım olan vəsaiti çox çətinliklə əldə edib. Hətta anası da pensiyasını toplayaraq gəlininin əməliyyatı üçün ona verib.

Rzayevlər ailəsi 3 ildir əlacsız qalıb. Əgər həkim pullarını qaytarsa, 3 ildir gözləyən xəstə əməliyyat olunaraq tam sağala bilər. Hadisə ilə bağlı aidiyyəti qurumlara da müraciət edilib. Xətai rayon Polis İdarəsində bununla bağlı araşdırma aparıldığı bildirilib.

Tarix
2017.05.25 / 00:57
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla