Yuxarı

Sabir Fondu jurnalistlərlə görüş keçirdi - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dahi şair Mirzə Ələkbər Sabirin anadan olmasının 155-ci ildönümü münasibətilə Mirzə Ələkbər Sabir Fondunun təşkilatçılığıyla mətbuat nümayəndələri ilə görüş keçirilib.

Publika.az xəbər verir ki, görüşdə çıxış edən Fondun prezidenti Sevda Tahirli hər il M.Ə.Sabirin doğum günü ərəfəsində bu cür tədbirlərin keçirilməsinin bir adət halını aldığını bildirib. Daha sonra S.Tahirli Fondun məhz dahi şairin maarifçilik ideyalarını davam etdirmək üçün yaradıldığını vurğulayıb:

“2012-ci ildə yaradılmış Mirzə Ələkbər Sabir Fondunun məqsədi Mirzə Ələkbər Sabir yaradıcılığının öyrənilməsi və irsinin tədqiqindən ibarətdir. Həmçinin bu irsi gənclər arasında təbliğ etmək, Sabir irsinin öyrənilməsinə gənc araşdırmaçıları cəlb etmək,habelə onun yaradıcılığının beynəlxalq aləmdə tanınmasına yardımçı olmağa çalışırıq. Fəaliyyətimiz müddətində xidmət sahəsində dil qaydalarının qorunması istiqamətində monitorinqlər aparmışıq. Axundov adına Milli Kitabxanasında virtual bələdçi hazırlamışıq, Sabirin 1912-ci ildən bu vaxta çap olunan bütün kitabları, onun haqqında yazılan kitablar hamısı elektronlaşdırılıb”.

S.Tahirli dahi şairin doğum gününün təkcə Azərbaycanda deyil, bir sıra xarici ölkələrdə də qeyd edildiyini bildirib: “Türkiyə və Ukraynada 150 illik yubileyi ilə bağlı tədbir keçirilib. Bu il türkiyənin Mərmərə universitetində möhtəşəm tədbir təşkil edilmişdi. Türkiyənin digər universitetlərində bu cür tədbirlər keçiriləcək”.

S.Tahirli M.Ə.Sabirin həyatı barədə bəzi mənbələrdə yanlış bilinən bir sıra məqamlara da aydınlıq gətirib.

Sonda S.Tahirli mətbuat nümayəndlərinə bir daha təşəkkürünü bildirib və onlara təşəkkürnamələr verib. Daha sonra görüş səhər yeməyi süfrəsi arxasında davam etdirilib.

Tarix
2017.05.26 / 14:50
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

Onlar Qafqazda yeni böyük yanğını alovlandırmaq istəyir

AK Ermənistana 33 milyon avro ayıracaq

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

Xudavənglə bağlı addımlar atılacaq - Hacıyeva

Sülhməramlılar Qarabağdan çıxır - Yeni video

Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığına sevinin!

Bunu etməsək, bölgədə daha bir partlayış olacaq - Paşinyan

ABŞ-dan sülhməramlıların Qarabağdan çıxmasına reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla