Yuxarı

Aydın Xırdalanlı arıqlamasından danışdı: Narkotik... - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

18:18

Bir müddət öncə səhhətində ciddi problem yaranan məşhur meyxanaçı Aydın Xırdalanlının yeni fotosu yayılıb.

Ölkə.az-ın məlumatına görə, fotonu Xırdalanlının gənc həmkarı Orxan Lökbatanlı yayıb. Fotodan Aydının xeyli çəki itirdiyi və baxımsız vəziyyətdə olduğu aşkar sezilir.

Qeyd edək ki, xeyli vaxtdır səhhətiylə bağlı problem yaşayan A.Xırdalanlı 2001-ci ildə ANS-in keçirdiyi "De, gəlsin" meyxana çempionatının qalibi olub və Qızıl Nidanı qazanıb.

***

Aydın Xırdalanlı sosial şəbəkələrdə yayılan fotosu ilə bağlı Yenicag.az saytına müsahibə verib.

Axar.az müsahibəni təqdim edir:

- Necəsiz Aydın?

- Yaxşıyam. Nə məsələdi, hamı mənə zəng edir, halımı soruşur.

- Sosial şəbəkədə yayılan fotonuz çoxlarını təəccübləndirib…

- Orxanla olan fotomu deyirsiz? Orda yaxşı düşməmişəm. Səhərdən dostlar zəng edib, soruşur ki, nolub, deyirlər tanınmaz hala düşmüsən. Nə var ey o şəkildə, belə şişirdirlər?

- Arıqlamısız, qorxduq ki, səhhətinizdə yəqin problem var?

- Əşşi, ona qalsa, Ələkbər Yasamallı ümumiyyətlə, o qədər arıqdır ki, gözə görünmür. Əvvəl bir az kök olmuşam, uşaqların gözü elə öyrəşib. Sonra arıqladım, birdən-birə hamıya qəribə gəldi. Adam var, bir dəridir, bir sümük ona heç deyən yoxdu ki, niyə bu gündəsən?! Kök olub, arıqlamağın da belə problemləri var. Göz öyrəşməyib, ona görə məni görüb şoka düşmüsünüz.

- Bu təb, istedad sizdə var, niyə görünmürsünüz?

- Lazım olanda görünürük. Çox görünəndə də adam hörmətsiz olur.

- Toylara, məclislərə gedirsiniz?

- Niyə getmirəm ki? Getməsək kasıbçılıqdan batarıq, yaşamaq olar ki? Çörəyimiz məclislərdən çıxır.

- Səhhətiniz necədir?

- Allah köməyin olsun, yaşayırıq də birtəhər.

- Bir ara şayiələr gəzdi ki, narkotik qəbul edirsiniz…

- Şayiə niyə olur ki, olanı danışıblar da… Narkotikdən istifadə edirəm də, bunu niyə gizlətməliyəm ki? Onsuz da məni tanıyan tanıyır.

- Bu gün yenə istifadə edirsiniz?

- Bir elə anadan narkotiklə doğulmuşuq.

- Səhhətinizə ziyandır axı…

- Siqaretin özü də ziyandır də, niyə hamı çəkir? Başına dönüm, danışdırma məni, indi hamı zəng edəcək ki, norkotikə görə arıqlamısan?

Tarix
2017.05.29 / 22:06
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla