Yuxarı

Kamal Abdulla ADU ilə bağlı sərəncamdan danışdı

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan prezidenti İlham Əliyevin Azərbaycan Dillər Universitetinin yenidən təşkili, universitetə publik hüquqi şəxs statusunun verilməsi barədə imzaladığı sərəncam çox ciddi bir sənəddir.

APA-nın xəbərinə görə, bunu ADU-nun rektoru, akademik Kamal Abdulla deyib.

Rektor bildirib ki, sərəncama əsasən universitetin nizamnaməsi yenidən hazırlanacaq, profildə nəzərdə tutulan istiqamətlər genişlənəcək: “Sərəncama əsasən universitetin öz daxili quruluşunda daha çox müstəqillik əldə etdiyi göz qabağındadır. Bu müstəqillik hər bir bölmənin qarşısında yeni üfüqlər açacaq. Bu, həm də yeni ixtisasların, yeni qurumların, yeni elmi-tədqiqat institutlarının yaradılması deməkdir”.

K.Abdulla qeyd edib ki, ADU-nun genişlənməsi pərakəndəliyə gətirib çıxarmamalıdır: “Bu sərəncam bizi bu gün və sabah üçün öz imkanlarımızı səfərbər etməyə, təhsil istiqamətində öz sözümüzü deməyə səsləyir”.

ADU-nun tədris işləri üzrə prorektoru Əfqan Abdullayev qeyd edib ki, ADU bu etimada layiq görülən ikinci ali təhsil müəssisəsidir: “İki ay müddətinə Nazirlər Kabineti tərəfindən universitetin nizamnamə layihəsi hazırlanmalıdır. Bundan sonra bizim fəaliyyət dairəmiz genişlənəcək. Beynəlxalq təhsil layihələrində daima Təhsil Nazirliyinə universitetlərin müstəqilliyinin artırılması təklif edilirdi. Cənab prezidentin imzaladığı sərəncam artıq universitetə fəaliyyət müstəqilliyi verən sənəddir. Eyni zamanda idarəetmə mexanizmi işlək və sadə olacaq”.

Ə.Abdullayevun sözlərinə görə, bu sərəncama əsasən ADU-nun maliyyə cəlb etmə imkanları artacaq.

Tarix
2017.06.19 / 11:43
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla