Yuxarı

Millət vəkili Arda Turanla Nigarı müqayisə etdi

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili Fazil Mustafa Avroviziya-2011-in qalibi Nigar Camalın polislərin ünvanına yazdığı aşağılayıcı ifadələrə reaksiya verib.

Axar.az xəbər verir ki, millət vəkili Arda Turanın hərəkətini xatırladaraq sosial şəbəkədəki hesabından yazıb:

“Arda Turan adlı Türkiyənin həqiqətən istedadlı futbolçularından biri əleyhinə yazı yazmış yaşlı bir jurnalistə əl qaldırmaqla xeyli nüfuz itirdi. Kim olursan ol, elə davranışlar var ki, cəmiyyət onu sənin hansısa xidmətlərinə də bağışlamır. Olmaz. Tərbiyəli olmağa məhkumsan. Xüsusilə də cəmiyyətin sevdiyi, insanların simpatiyasını qazanan bir insansansa, xüsusilə diqqətli olmalısan. İndi baxıram ki, bizdə də Nigar Camal adlı bir “Avroviziya” qalibi narazı qaldığı yol polisləri haqqında təhqiramiz ifadə işlədib. Anlayıram, polislərin davranışında, rəftarında hüquqa uyğun olmayan epizodlar ola bilər, xanımın haqsız yerə maşınını saxlamaqla əsəbləşdirə də bilərlər, ancaq bunun qarşılığı 102-yə zəng edərək həmin polisin rəftarı barədə bilgi verməkdir. Ölçü götürülmədiyi halda yenə də etik çərçivəni aşmadan neqativ əməl sahibi olan polisin davranışı barədə fikirlərini ictimaiyyətə çatdıra bilərsən. Yoxsa mən bir beynəlxalq yarışın qalibiyəm deyə yol polisinə yönəlik "Qudurublar!" deyə ifadə yazmaq və paylaşmaq heç bir ədəb ölçüsünə uyğun gəlmir. Əslində bu ifadəni ancaq nəyəsə, kiməsə arxayın olan adamlar belə rahatlıqla, məsuliyyətsiz formada işlədə bilərlər. Nə olur olsun, tanınmış insanlar bu cür təhqiramiz ifadələr seçməkdən uzaq durmağa çalışmalıdırlar”.

Tarix
2017.06.19 / 21:25
Müəllif
Aytac Qədirova
Şərhlər
Digər xəbərlər

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla