Yuxarı

Ermənistan Qarabağdakı əməllərindən imtina edir – Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belçikanın paytaxtı Brüsseldə azərbaycanlı köçkünlərə həsr olunmuş sərgi və müzakirələr keçirilib.

Axar.az xəbər verir ki, “Gerçəkləşməyən xəyallar: Azərbaycanın qaçqın və məcburi köçkünləri” adlanan fotosərgi “Brussel Avropa” Mətbuat Klubunda avropalı jurnalist auditoriyası qarşısında təşkil olunub.

Avropa Azərbaycan Cəmiyyətinin Benelüks ofisinin direktoru Mark Vervilqxen bildirib ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının ən son statistikasına əsasən, bütün dünyada qaçqın və məcburi köçkünlərin sayı 66 milyona çatıb:

“Bu gün TEAS-ın Benelüks ofisi bir milyona yaxın azərbaycanlının taleyini diqqətinizə çatdırır. Onlar Ermənistanın işğalçı siyasəti nəticəsində öz torpaqlarından qaçqın və köçkün düşüblər. Ermənistan Dağlıq Qarabağa qarşı etdiyi hərəkətlərə görə üzərinə məsuliyyət götürməkdən hələ də imtina edir”.

Azərbaycanın Belçika və Lüksemburqda, həmçinin Avropa İttifaqındakı səfiri Fuad İsgəndərov bunları deyib:

“Yadda saxlamalıyıq ki, azərbaycanlı məcburi köçkünlər Avropa sivilizasiyasının nümayəndələridir və onları məcburi köçkünlərə çevirən münaqişə 25 il dən çoxdur davam edir. Onların əksəriyyəti çox gənc ikən məcburi köçkün olub. Lakin onlar hələ də evlərinə qayıtmaq istəyirlər. Bir millət olaraq azərbaycanlılar öz dogma torpaqlarına çox bağlıdırlar”.

Avropa Siyasət Mərkəzinin (ASM) baş siyasi analitiki Amanda Paul münaqişəyə görə Ermənistanı ittiham edib:

“Bu, çox kədərli və həssas mövzudur. Azərbaycan adambaşına düşən ən çox qaçqın və məcburi köçkün sayına görə dünyada ikinci yerdədir. Mənim Azərbaycandan olan ikinci ailəm əslən Kəlbəcərdəndir və onlar müharibə zamanı qaçmağa məcbur olub. Hər gün ailənin, ağbirçəyi də daxil olmaqla onların fikri Kəlbəcərdədir. Mən sizə “Çıraqov və başqaları Ermənistana qarşı” işini xatırlatmaq istəyirəm. Burada Avropa İnsan Hüquqları üzrə Məhkəməsi Ermənistanı açıq şəkildə qınayır. Bundan əlavə, işğalçı ermənilər qəsdən evləri və infrastrukturu məhv ediblər”.

Tarix
2017.06.21 / 13:19
Müəllif
Aqşin Evrən
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla