Yuxarı

Mingəçevirdə kütləvi dava: Xəsarət alanlar var

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mingəçevir şəhərində məskunlaşmış, əslən Kəlbəcər rayonundan olan iki ailə arasında kütləvi dava olub.

Report-un Şirvan bürosunun məlumatına görə, hadisə məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı 1 saylı Dəmir Betn Məmulatları Zavodunun həyətində baş verib.

Belə ki, 1981-ci il təvəllüdlü Süleyman Əmirxan oğlu Ələkbərovla 1993-cü il təvəllüdlü Ömər Akif oğlu Ağaxanov arasında yaranan mübahisəyə sonradan onların yaxınları da qoşulub. Nəticədə kütləvi dava olub.

Hadisə zamanı bir ailənin iki üzvü: - Süleyman Ələkbərovun çənəsi sınıb, Nazilə Ələkbərova isə qarın, bel və üz nahiyəsindən müxtəlif dərəcəli ağır xəsarətlər alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Şahidlərin sözlərinə görə, Ömər Ağaxanov dava vaxtı içkili olub. Fakt Mingəçevir Şəhər Polis Şöbəsi tərəfindən araşdırılır.

Tarix
2017.06.23 / 23:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq - Prezident

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…

Onlara bu şansı verməyəcəyik! - Prezident

Əli Əsədov yeni qərar imzaladı

Ermənistanla sülh sazişini imzalasaq… - Prezident

Ermənistanı bizə qarşı silahlandırırlar, gözləyə bilmərik!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla