Yuxarı

Azərbaycanda çay daşdı, insanlar yolda qaldı - Video

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qəbələdə Tikanlı çayda bir neçə gün əvvəl yaranan sel 10-a yaxın kəndə gedən yolu dağıdıb. Kəndlilər rayon mərkəzinə gəlmək üçün çay üzərindən ağır yük maşınları ilə keçirlər.

Xəzər xəbər-in məlumatına görə, güclü yağışlardan sonra yaranan sel Tikanlı çayının üzərində olan körpünü yuyub aparıb.

Görüntülər Qəbələdəndir. Seldən sonra Tikanlı-Bum yolu baglanıb. Sakinlərin sözlərinə görə alternativ yol 50 km uzundur.

Yük maşını ilə çayı keçmək 1 manatdır. Pul vermək istəməyənlər bu kənd sakini kimi sürətlə axan suyu yalınayaq keçmək məcburiyyətindədir.

Qəbələ rayon İcra Hakimiyyətindən bildirdilər ki, Tikanlı çayının yatağının daha geniş olmasına görə burada böyük körpü salınmalıdır və bu, müvafiq qaydada işlənilərək tikintisi dövlət proqramına salınıb. Proqram əsasında həmin çayın üzərində körpü nəzərdə tutulur.

Tarix
2017.06.25 / 02:25
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla