Yuxarı

Xalq artisti dünyasını dəyişdi

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

11:30

Xalq artisti Qəndab Quliyevanın vəziyyəti olduqca ağırdır.

Bunu APA-ya xalq artisti Qəndab Quliyevanın müalicə oldunduğu Respublika Müalicəvi Diaqnostika Mərkəzinin həkimi Şahin Xəlilov deyib.

Həkim bildirib ki, onun ölümü ilə bağlı yayılan xəbərlər əsassızdır.

Onun sözlərinə görə, xalq artisti süni tənəffüs aparatına qoşulub: “O, ürək çatışmazlığından əziyyət çəkir. Bununla yanaşı sənətkarda böyrək çatışmazlığı və digər digər problemlər də var”.

Qeyd edək ki, xalq artisti Qəndab Quliyeva iyunun 16-da Respublika Müalicəvi Diaqnostika Mərkəzinin reanimasiyasına yerləşdirilib.

Ona ürək çatışmazlığı və xroniki böyrək çatışmazlığı diaqnozu qoyulub.

***

Azərbaycanın xalq artisti, xanəndə Qəndab Quliyeva vəfat edib.

Bu barədə xanəndənin oğlu Hafiz Həmidov bildirib.

Qəndab Quliyeva xəstəxanadan evə aparılarkən yolda dünyasını dəyişib.

Ürək çatışmazlığından əziyyət çəkən xanəndə bu gün müalicə olunduğu Respublika Müalicəvi Diaqnostika Mərkəzində süni tənəffüs aparatından ayrılıb.

Mərhumla vida mərasimi sabah keçiriləcək. Xalq artisti Binə kənd qəbiristanlığında anasının yanında dəfn olunacaq.

Tarix
2017.06.26 / 13:52
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla