Yuxarı

Şirvan Milli Parkında yanğın

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün saat 14:45 radələrində Şirvan Milli Parkının ərazisində yanğın hadisəsi baş verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) Axar.az-a verilən məlumata görə, yanğın "Salyanoyl" şirkətinin istifadəsində olan ərazidən 2 yük maşını keçdikdən sonra qeydə alındığından əraziyə alovun məhz nəqliyyat vasitələrindən düşdüyü ehtimal olunur.

Dərhal əraziyə cəlb olunmuş ETSN-nin yerli qurumlarının və Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının birgə səyləri nəticəsində yanğın tez bir zamanda lokallaşdırılıb və 15-30 radələrində tam söndürülüb. Yanğın nəticəsində yalnız 0,7 hektar ərazidə quru ot örtüyü və kollar yanıb, heç bir ağaca ziyan dəyməyib.

Hadisənin səbəblərinin və təqsirkarların müəyyən edilməsi üçün Şirvan Milli Parkı tərəfindən qanunamüvafiq sənədləşmə işləri aparılıb və rayon polis şöbəsinə müraciət olunub. Hazırda dəymiş ziyanın müəyyən olunması istiqamətində iş aparılır.

ETSN bir daha əhalini odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır.

Tarix
2017.07.01 / 20:18
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

Prezidentlər Ağdamda Cümə məscidinin açılışında...

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

Əliyev sabah səfərə gedir: Makron ofsaytda qaldı

Naxçıvanla quru yolu bu mexanizmlə təmin edilməlidir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla