Yuxarı

Mirzə Babayev sözünü tuta bilmədi - Flora

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün unudulmaz sənətçi, müğənni, aktyor Mirzə Babayevin doğum günüdür. O, mahnıları sadəcə oxumur, həm də yaşayırdı. Onun özünəməxsus üslubu, ifa tərzi var idi. Maraqlı söhbətləri, oynadığı bir-birindən gözəl rolları ilə hər bir azərbaycanlının qəlbində yaşayan bir Mirzə Babayev səhifəsi var desək yanılmarıq.

Xalq artisti Flora Kərimova onunla ilə bağlı təəssüratlarını Qaynarinfo.az-a danışıb:

"Dünyasını dəyişməmişdən bir həftə əvvəl bəstəkar Sevinc Qasımova ilə birlikdə Mirzə müəllimə baş çəkməyə getmişdik. Çatanda gördük ki, üzü divara tərəf yatıb. Çox arıqlamışdı. Ədyalın altında bilinmirdi ki, adam var. Yavaşca ağ saçlarından öpdüm və oradan çıxdıq. Yanında qohumları da var idi. Biz klinikanın qapısına çatırdıq ki, bir də gördük həmin qohumu tövşüyə-tövşüyə gəldi və dedi ki, "Flora xanım, Mirzə müəllim ayıldı və sizin gəldiyinizi öyrənəndə onu tez qaytarın dedi". Qayıtdıq və onunla xeyli söhbət etdik. Onda da, ondan əvvəl də deyirdi ki, "90-ı keçib 100-ü tamamlamayan kişi deyil". 1 həftə keçdi, amma sözünün üstündə durmadı. Kişi xasiyyətli, kişi davranışlı Mirzə müəllim ölümün qarşısında kişilik edə bilmədi. Çox müsbət, çox enerjili adam idi. Onun güzəranından, imkanından, ailə problemlərindən az-çox xəbərim var idi. Hansı dərdi olursa olsun bunu qarşısındakına bildirməz, hər zaman pozitiv enerji verərdi. Ölümündən iki il əvvəl onunla konsertə çəkilmişdim. Mən insanın dərdi olduğunu hiss edə bilirəm. Ürəyin açıb danışdı, nələr danışdı və mənim üçün həmin söhbətdən sonra sanki Mirzə müəllim təzədən doğuldu. İki nəfəri belə kəşf etmişəm. Biri Rübabə Muradova idi, onu da ölümündən qabaq görmüşdüm, biri də Mirzə Babayev. Ruhu şad olsun".

Tarix
2017.07.16 / 16:36
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla