Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
27 İyul 2017


Kamal Abdulla amerikalı tələbələrə mühazirə oxudu - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 17-də Azərbaycan Dillər Universitetinin rektoru, əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü Kamal Abdulla “CLS Turkish” proqramı çərçivəsində ADU-da təhsil alan amerikalı tələbələrə mühazirə oxuyub.

ADU-nun İnformasiya Departamentindən Kult.az-a verilən məlumata görə, ölkədə baş verən tarixi və müasir proseslər haqqında danışan akademik Azərbaycanın keçmiş SSRİ respublikalarından biri olduğunu, SSRİ dağıldıqdan sonra müstəqillik qazandığını xatırladıb. Müstəqilliyin qazanılmasının asan başa gəlmədiyini deyən K.Abdulla SSRİ dağıldıqdan sonra ortaya çıxan problemlərdən də söz açıb. Bu problemlərdən ən ağırı olan Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı danışan K.Abdulla bildirib ki, Azərbaycan öz torpaqlarını hərb yolu ilə geri qaytarmaq iqtidarında olsa da, münaqişənin sülh yolu ilə həlli prinsipinə sadiqdir və bununla faktiki olaraq dünya ictimaiyyətinə hörmətini nümayiş etdirir.

“Xalq diplomatiyası” haqqında da danışan K.Abdulla bu çərçivədə baş tutan səfərləri yada salıb. O, qeyd edib ki, Bakıdakı erməni kilsəsinin qorunub saxlanılması bir neçə il bundan əvvəl “xalq diplomatiyası” çərçivəsində Azərbaycan paytaxtına gəlmiş erməni nümayəndələrini heyrətə salıb. K.Abdulla müqayisə üçün Yerevanda müsəlman məscidinin dağıdılmasını, Şuşada isə yarımdağılmış hala salınmasını misal çəkib. Yerevanda bir nəfər də olsun azərbaycanlının yaşamadığını deyən akademik Ermənistandan fərqli olaraq Azərbaycanda tam fərqli mənzərənin hökm sürdüyünü deyib və ölkəmizin qədim zamanlardan öz tolerantlığı ilə seçildiyini vurğulayıb. Hələ XII əsrdə dahi Nizaminin öz əsərlərində insanların qardaşlığını tərənnüm etdiyini deyən K.Abdulla islam intibahı haqqında da danışıb və Füzulinin “Leyli və Məcnun” əsərindən bəzi hissələri diqqətə çatdırıb. Füzulini poeziyanın İsa peyğəmbəri kimi xarakterizə edən akademik onu bütün dünyanı qəmdən azad edib o qəmi öz ürəyinə yığmaq istəyən şair adlandırıb: “Əgər orta əsrlərdə bir şair bu cür düşünürdüsə, deməli, onu əhatə edən ictimai mühit də eyni dəyərlərlə yaşayırdı”.

Sonrakı dövrlərdə Azərbaycanın multikulturalizm ənənələrindən də söz açan rektor deyib ki, ulu öndər Heydər Əliyevin prezidentliyi dövründə ölkəmiz əsl multikultural intibah yaşayıb. Prezident İlham Əliyev isə multikulturalizmi dövlət siyasətinə çevirib.

“Mənim fikrimcə, multikulturalizm hər bir ölkə üçün vacib anlayışdır” - deyən ADU rektoru mühazirəni Azərbaycan multikulturalizmi modelini xarakterizə edən olmuş bir əhvalatı danışmaqla başa çatdırıb.

K.Abdullanın sonda dediyi “Azərbaycan multikulturalizminə xoş gəlmisiniz” sözləri amerikalı tələbələr tərəfindən alqışlarla qarşılanıb. Mühazirədən sonra K.Abdulla amerikalı tələbələrin suallarını cavablandırıb.

Tarix
2017.07.17 / 17:56
Müəllif
Kult.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Məşhur müğənni jurnalisti vurdu

Türkan Şoray əməliyyat olundu

Di Kaprio ilə nahar yeməyi hərraca çıxarılacaq

Kamal Abdulladan tələbələrlə bağlı mühüm qərar

Kamal Abdulla Ağa Cəfərliyə vəzifə verdi

10 min elektron kitabın təqdimatı oldu - Foto

Məşhur aktyorun geyimi lağa qoyuldu - Foto

Yetim Eyvaz vəfat etdi

Ərdoğanın illər sonra toyundan fotosu yayıldı

Yanğında zəhərlənənlərdən biri məşhur aparıcının oğludur - Foto

KULT
<>
Xəbər xətti
 
SORĞU
Harada dincəlmək istəyərdiniz?
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla