Yuxarı

"Yeni dalğa" qəzetinin təqdimatı keçirildi - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 22-də Milli Mətbuat günü ilə əlaqədar olaraq "Yeni dalğa" adlı ədəbi qəzet xüsusi buraxılışla ictimaətə təqdim olunub.

"Yeni dalğa" qəzetinin mətbuat xidmətindən Axar.az-a bildirilib ki, təqdimat bir sıra tanınmış ictimaiyyat və mediya nümayəndələrinin iştirakı ilə Azərkitab Kitab Mərkəzində keçirilib. Qəzetin təsisçisi Tural Turan, baş redaktoru Emil Rasimoğlu, baş redaktor müavini Fuad Cəfərli, korrektor Şəfaqət Cavanşirzadədir. Rübabə Sahil, Seyran İsmayıl, Çinarə Ömray, Ümid Nəccari qəzetin şöbə müdirləridir.

Tədbir iştirakçılarından Xan Rəsuloğlu, Faiq Balabəyli, Namiq Hacıheydərli və başqaları çıxış edərək Azərbaycan mətbuatından söz açıb, qəzetin redaksiya heyətinə tövsiyə və təkliflərini veriblər.

Qəzetin yayıma başlamasının başlıca məqsədi ədəbi mühitdə bədii estetik zövqün formalaşması, dünya ədəbiyyatı və mövcud ədəbi prosesi ilə ədəbi ictimaiyyətin arasında körpü yaratmaq, baş verən hadisələri oxuculara çatdırmaq, bu istiqamətdə yeni ciddi imzaları - istedadları üzə çıxarıb ölkə və dünya çapına təqdim etməkdi.

"Yeni dalğa"nın ilk sayında yerli ədəbiyyatımızdan Mövlud Süleymanlının ("Şapkamı geyinən") hekayəsi, Əlisəmid Kürün, Aqşin Yeniseyin, və Esmira Məhiqızının silsilə şeirləri, Musa Yaqubla müsahibə, eyni zamanda, xarici ədəbiyyatdan Umberto Ekonun "Manifest"ləri; Orhan Pamukdan, Çarlz Bukoviskidən, Murat Menteşdən, Pol Valeridən, Şarl Bodlerdən (Salam Sarvanın, Tural Turanın, Ümid Nəccarinin təqdimatında) tərcümələr yer almışdı. Qəzet ayda bir dəfə oxucularla görüşə gələcək.

Tarix
2017.07.22 / 21:26
Müəllif
Aytac Qədirova
Şərhlər
Digər xəbərlər

Prezidentlər Ağdamda Şahbulaq qalasında...

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla