Yuxarı

Sərxoş idmançı operatoru döydü - Salyanda

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gecə saat 1 radələrində Ələt-Astara avtomobil yolunun Salyan rayonunun Yenikənd kəndindən keçən 38-ci km-də yanacaqdoldurma məntəqəsində operator döyülüb.

Virtualaz.org saytının məlumatına görə, yanacaq doldurmaq üçün məntəqəyə daxil olmuş avtomaşının sərnişini - Bakı şəhər sakini, 1978-ci ildə anadan olmuş Sadıq Sadıqov operator - Salyan rayonunun Qırxçıraq kənd sakini, 1993-cü ildə anadan olmuş Nəbiyev Zamiq Ramiq oğlunu döyərək ona xəsarətlər yetirib.

Operator döş qəfəsi və çənə nahiyəsindən aldığı xəsarətlərlə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Yaxınları ilə birgə toydan qayıdan Sadıq Sadıqovun sərxoş vəziyyətdə olduğu deyilir.

O idmançıdır və Bakı şəhərində özəl mühafizə xidmətində cangüdən işləyir.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.

Tarix
2017.08.13 / 14:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla