Yuxarı

Lütfi Zadənin xalası qızı: “O, Amerikanı unuda bilməz”

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lütfi Zadənin vəziyyəti stabil və yaxşıdır.

Bunu Kulis.az-a açıqlamasında alimin xalası qızı rejissor, Azərbaycanın Xalq Artisti Cənnət Səlimova söyləyib.

Qohumuna dəymək üçün Amerikaya getməyə hazırlaşdığını bildirən Cənnət Səlimova onunla bir neçə gün əvvəl əlaqə saxladığını söyləyib: “Mənə zəng edib başsağlığı verdilər, qorxdum, tez ona zəng etdim. Amma onunla yox, onun yanında qalan tibb bacısıyla danışdım. O dedi ki, Lütfi Zadə yaxşıdır, yanımda oturub, yemək yeyir. Həkim də dedi ki, normaldır, onunla bağlı hər şey yaxşıdır. Bilirsiniz, onun 95 yaşı var, telefona gələ bilmir, ona danışmaq, hərəkət etmək çətindir. Amma mənə dedilər ki, vəziyyəti yaxşıdır və həkimlərin nəzarətindədir.

O ki qaldı vəsiyyətə, bu cəfəngiyatdır, mən belə bir şey eşitməmişəm, o vəsiyyət etməyə hazırlaşmır. Azərbaycan onun vətənidir, amma unutmaq da olmaz ki, o, ömrünün çoxunu, 70 il Amerikada yaşayıb, Amerika ona işləməyə şərait verib, dahiyanə alim edib. O universitet praktiki olaraq onun universitetidir. Amerika ona çox şey verib, o Azərbaycanı sevib də Amerikanı unuda bilməz. Onun atası da, anası da orada dəfn olunub. Arvadı da həm də bu yaxınlarda orada dəfn olunub və o, arvadını çox sevirdi. O, arvadının ölümünü pis keçirdi. Onun oğlu Norman var, hər şeyə o qərar verəcək. Bu məsələlər mənim işim deyil. Bu sadəcə qohum kimi mənim acımdır.

Mən bu vəsiyyət məsələsi ilə bağlı danışmaq da istəmirəm. Lütfi Zadə haqda canlı, normal adam kimi düşünürəm və məncə insan haqqında başqa cür düşünmək, danışmaq ayıbdır.”

Tarix
2017.08.14 / 23:47
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla