Yuxarı

Van Dammın oğlu həbs edildi

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış aktyor Jan-Klod Van Dammın kiçik oğlu, 21 yaşlı Nikolas Van Varenberq ABŞ-da otaq qonşusunu bıçaqla hədələdiyi üçün həbs edilib.

Report xəbər verir ki, yerli polis hadisənin Arizona ştatının Tempe rayonunda baş verdiyini açıqlayıb.

Məlumata görə, Van Dammın oğlu yaşadığı binanın liftini yumruqlayaraq əlini yaralayıb. Polis qan izi ilə bunun aktyorun oğluna aid olduğunu müəyyən edib. Onlar Varanberqin otağına gələrək məsələyə aydınlıq gətiriblər. O, polis gedəndən sonra otaq yoldaşını bıçaqla hədələyib. Qonşusunun sözlərinə görə, Van Dammın oğlu onun polisə qapını açmasından hiddətləndiyi üçün bu addımı atıb.

Bundan sonra asayiş keşikçiləri Nikolasın yaşadığı mənzildə axtarış aparıblar. Axtarış-əməliyyat tədbiri nəticəsində Varanberqin mənzilindən bıçaq və qadağan olunmuş maddə aşkarlanıb.

Qeyd edək ki, Van Dammın iki oğlu, bir qızı var.

Tarix
2017.09.12 / 20:48
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - Foto

Ölkədə kommersiya mübahisələri ilə bağlı qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla