Yuxarı

Millət vəkilindən aksiya: xərçəng xəstəsi üçün... - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərkitab”da millət vəkili Qənirə Paşayevanın yeni çapdan çıxmış “Sevgidən eşqə” və “Səni Allaha eşq götürür” adlı kitablarının imza günü və “Azərkitab”la Q.Paşayevanın birgə xeyriyyə aksiyası keçirilib.

Kult.az xəbər verir ki, tədbiri açan Fəxriyyə Lilpar-İsayeva millət vəkilinin kitablarının mövzu və ideyasından danışıb. O bildirib ki, Qənirə Paşayevanın müəllifi olduğu hər iki kitabın satışından əldə olunacaq gəlir xərçəng xəstəliyindən əziyyət çəkən və müalicəyə ehtiyacı olan gənc fəal Arzu Qocayevə dəstək üçün ona hədiyyə ediləcək.

“Azərkitab” Kitab Təbliğat Mərkəzinin rəhbəri Sabir Həsənov təşəbbüsü alqışladığını, bu işə böyük məmnuniyyətlə dəstək verdiklərini, gələcəkdə də belə təşəbbüslərə hər zaman açıq olduqlarını bildirib.

Millət vəkili Q.Paşayeva imza günü və xeyriyyə aksiyası üçün gələn çoxsaylı oxucuları, kitabsevərləri, sadə insanları bir arada görməkdən məmnun olduğunu deyib və onlara təşəkkür edib.

Tədbirə tanınmış ziyalılar, QHT və KİV təmsilçiləri, iş adamları, İraq türkmanlarının fəal təşkilat rəhbərləri, qardaş Türkiyə təmsilçiləri də qatılıblar. “Həyat” Fondunun rəhbəri Hacı Nuran, əməkdar artist Aybəniz Haşımova, “Sağlamlığın Qorunması” İB-nin rəhbəri Yazgül Abdiyeva və başqaları Qənirə Paşayevanı yeni kitabı münasibəti ilə təbrik etməklə yanaşı, aksiyada fəal iştirak ediblər.

Tarix
2017.09.18 / 12:48
Müəllif
Aqşin Evrən
Şərhlər
Digər xəbərlər

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq - Prezident

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…

Onlara bu şansı verməyəcəyik! - Prezident

Əli Əsədov yeni qərar imzaladı

Ermənistanla sülh sazişini imzalasaq… - Prezident

Ermənistanı bizə qarşı silahlandırırlar, gözləyə bilmərik!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla