Yuxarı

AMEA yeni müsabiqə elan etdi

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

AMEA-nın prezidenti akademik Akif Əlizadənin 22 sentyabr 2017-ci il tarixli sərəncamı ilə Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsini təmin etmək, gənc alimlərdə ana dilinə sevgi və hörmət hissini artırmaq, yazıda və şifahi nitqdə ədəbi dilin normalarına ciddi surətdə əməl edilməsini təşviq etmək məqsədilə “Ana dilimiz – milli varlığımızdır” müsabiqəsi elan olunub.

AMEA-dan Kult.az-a verilən məlumata görə müsabiqədə hazırda AMEA-da təhsil alan magistrant və doktorantlar iştirak edə bilər.

Müsabiqə çərçivəsində “Mənim Akademiyam”, “Mən bu ixtisası niyə seçdim?” və “Ana dilim – varlığımdır” mövzularında inşa yazıları, klassik və müasir Azərbaycan poeziyasının seçmə nümunələrindən əzbərdən şeir dinlənilməsi, bir dəfə oxunmuş mətn əsasında ifadə yazıları, Azərbaycan ədəbiyyatı, mədəniyyəti və elminin görkəmli nümayəndələrinin həyat və fəaliyyətləri haqqında biliklərin yoxlanılması, Azərbaycan dilində dialekt sözlərinin deyilməsi və izah edilməsi ilə bağlı müsahibə təşkil ediləcək.

Müsabiqənin qalibləri aşağıdakı məbləğdə mükafatlandırılacaq:

- I yer – 1 nəfər – 1500 manat;

- II yer – 2 nəfər – hər biri üçün 1200 manat;

- III yer – 3 nəfər – hər biri üçün 1000 manat.

Müsabiqədə iştirak etmək istəyənlər 10 oktyabr 2017-ci il tarixinədək iştirakçının qeydiyyat formasını (əlavə olunur) və şəxsiyyət vəsiqəsinin surətini AMEA-nın Dilçilik İnstitutunun (dilchi.tehsil@gmail.com) elektron poçt ünvanına göndərməklə qeydiyyatdan keçməlidirlər.

Tel.: (+994 12) 538 19 85

Tarix
2017.09.25 / 18:02
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla