Yuxarı

Bakıdan qaçırılan avtomobil Siyəzəndə saxlanıldı

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 22-də Nəsimi rayonu ərazisindən avtomobilin qaçırılması barədə Daxili İşlər Nazirliyinin (DİN) “102 Zəng Xidməti Mərkəzi”nə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, hadisə yerinə gələn Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsinin əməkdaşları müvafiq araşdırmalar aparıblar. Müəyyən edilib ki, paytaxt sakini Səkinə Həsənovaya məxsus “Changan” markalı avtomobil saat 2 radələrində qaçırılıb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində DİN-in “Təhlükəsiz Şəhər” Xidməti tərəfindən avtomobilin Siyəzən rayonu ərazisində hərəkətdə olması aşkarlanıb. Görülmüş tədbirlərlə avtomobil sürücü ilə birlikdə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla avtomobili qaçırmaqda şübhəli bilinən şəxsin Ucar rayon sakini, əvvəllər məhkum olunmuş Xəyal Kərimov olduğu müəyyən edilib.

Faktla bağlı aşardırmalar aparılır.

Tarix
2017.09.25 / 20:26
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Radev Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla