Bakı-Qazax yolunda minik avtomobili yandı
01:05
Ana səhifə Hadisə |
Bakıda universitet tələbəsi müəmmalı şəkildə dünyasını dəyişib.
Report xəbər verir ki, Xaçmaz rayon Susayqışlaq kənd sakini, 1997-ci il təvəllüdlü Məmmədova Minarə Bakıda kirayə qaldığı evdə dünyasını dəyişib. M.Məmmədova rayondan Bakıda qaldığı evə qayıdaraq ərzaqları yerləşdirən zaman keçinib. Yaxınlarının verdiyi məlumata görə, qadının ürəktutmasından ölməsi ehtimal olunur.
O, Azərbaycan Texniki Universitetinin Radiotexnika və Rabitə fakültəsinin 3 kurs tələbəsi olub.
Tarix
2017.09.26 / 01:18
|
Müəllif
Axar.az
|