Yuxarı

Turanın verilişi bağlandı, özü ATV-dən çıxarıldı…

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər gün səhər saat 08:00-da ATV kanalında efirə gedən “ATV Səhər” proqramı bu gün yayımlanmayıb. Verilişin əvəzinə efirə İlqar Mikayıloğlunun aparıcılıq etdiyi “İlqarla bir gün” verilişi gedib.

Kult.az xəbər verir ki, Azxəbər.com saytı verilişin efirə getməməsinə səbəb kimi “ATV Səhər” proqramının fəaliyyətini yenidən dayandırmasını göstərib. Saytın əldə etdiyi məlumata görə, proqramın birdəfəlik efirdən yığışdırılmasına səbəb aparıcısı Turan İbrahimovun tənqidin sərhədlərini aşması olub.

T.İbrahimovun isə kanaldan uzaqlaşdırıldığı bildirilib.

Məsələ ilə bağlı həm də kanalın ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri olan Turan İbrahimovla əlaqə yaratmağa çalışsaq da, o, zənglərimizə cavab vermədi.

“ATV Səhər” verilişinin əvəzinə efirə gedən “İlqarla bir gün” verilişinin aparıcısı İlqar Mikayıloğlu isə Axar.az-a açıqlamasında bu barədə bir söz deyə bilməyəcəyini qeyd etdi:

“Kanalın mətbuat xidməti ilə danışsanız, daha yaxşı olar. Mən bu barədə bir söz deyə bilmərəm. Onlar açıqlama versə, daha məqsədəuyğundur”.

Qeyd edək ki, “ATV Səhər” verilişi bu ilin may ayından efirdən yığışdırılmışdı. Veriliş efir məkanına 1 sentyabrdan qayıdıb.

Tarix
2017.09.26 / 13:07
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

İran 18 milyon azərbaycanlını sıxışdırır - ABŞ

Beyin mərkəzlərinin nümayəndələri yenidən Bakıda…

İrəvan bu məsələdə heç bir irəliləyiş əldə etməyib

Qırğızıstan prezidenti Ağdama gedəcək

Əliyev tələb etdi, İrəvan razılaşdı - Delimitasiya ssenarisi…

Paşinyan KTMT ilə bağlı qəti qərarını elan etdi

Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan

BAM inşaatçıları yaxşı bilirlər ki, Heydər Əliyev...

Muxtar Babayev BMT baş katibi ilə görüşdü

Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla