Yuxarı

Bu ölkədəki azərbaycanlı xanım elə addım atdı ki... – Video

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Laqos şəhərində Nigeriyanın Müstəqillik günu ilə əlaqədar Banana Mədəniyyət Festivalı keçirilib. Festivalda Laqosda yaşayan 20 ölkənin (Mərakeş, Tunis, Əlcəzair, Misir, Fransa, İtaliya, Nigeriya, İngiltərə, Almaniya, Rvanda, Kenya və s.) nümayəndələri öz xalqlarının tarix, mədəniyyət, mətbəx və musiqisini nümayiş etdiriblər. Azərbaycanı bu tədbirdə Nigeriyada yaşayan yeganə azərbaycanlı Büllurə Bayramova təmsil edib.

Büllurə Bayramova Kult.az-a bildirib ki, festivalda qonaqlara Azərbaycanın ləziz yeməkləri - dolma, qutab, plov, paxlava, sac qovurması təqdim olunub. Ölkə mediasına və iştirakçılara Azərbaycanın tarixi və mədəniyyəti barəsində geniş məlumat verilib. Festivalda ifa olunan milli rəqslərimizdən “Qavalla rəqs” böyük maraqla qarşılanıb. Tədbirdə dəb dəfiləsində azərbaycanlı modelyer Gülnarə Xəlilovanın milli geyimlərindən ibarət geyimləri qonaqlara nümayiş edilib.

B.Bayramova bildirib ki, qonaqlar arasında müxtəlif ölkələrin səfirləri, Laqosda yerləşən tanınmış şirkətlərin nümayəndələri, Nigeriyanın mədəniyyət naziri və digər rəsmi şəxslər iştirak ediblər.

Onun sözlərinə görə, festivalın təşkilində əsas məqsəd Nigeriyada yaşayan müxtəlif ölkələrin vətəndaşlarının öz ölkələrini təmsil və təbliğ etmək, özlərinə məxsus təamları bölüşmək, musiqi, mədəniyyəti və tarixləri barədə iştirakçılara dolğun məlumatlar verməkdən ibarətdir.

Tarix
2017.10.01 / 22:16
Müəllif
Elnur Eltürk
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla