Yuxarı

“Prodüser xanım iki ay Nizami Gəncəvinin telefonunu axtardı”

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATV kanalında işlədiyim vaxt mənə bir prodüser verdilər. İsa Muğannanı çəkərkən bir neçə qələm adamını da danışdırmağımız lazım idi. Prodüserə dedim, get, Nizami Gəncəviyə, Molla Pənah Vaqifə və Səməd Vurğuna zəng elə ki, İsa müəllimlə bağlı çəkilişimizdə onları da danışdırmaq istəyirik.

Kult.az xəbər verir ki, bu sözləri şair Xanəmir Telmanoğlu ATV kanalında çalışdığı vaxtlarda yaşadığı maraqlı hadisə haqda yazıb. O, Mədəniyyət və İncəsənət Universitetini bitirmiş jurnalistin görkəmli şairlərin ölümündən xəbərsiz olduğunu bildirib:

“Düz bir həftə, gözünə döndüyüm, İncəsənəti bitirmiş bu xanım əfəndi zəng eləmədiyi yer qalmayıb. Tanıdığı kim varsa, zəng edib o üç nəhəngin telefonunu soruşanda, elə biliblər, qız onlarla məzələnir, zarafat edir, həmən söhbəti dəyişirmişlər. Bir tərəfdən də mən tələsdirirdim deyə, qız da özünü yeyib savırmış ki, xahiş edirəm, çəkilişimiz gecikir, mənə Nizami Gəncəvinin, Molla Pənah Vaqifin, Səməd Vurğunun telefon nömrələrini verin. Bu minvalla düz 1 ay qız gedib-gəlir və bildirirdi ki, onların nömrəsini tapa bilmirəm. Kimə zəng edirəm, telefonu qapadır, ya da mənim əsəblərimlə oynayır. Təsəvvür edin, bu xanım o müddət ərzində bəlkə də 200 adama zəng eləmişdi nömrəni öyrənməkdən ötəri. Dedim, yaxşı, mən indi Nizami müəllimə zəng edəcəm, siz danışarsınız. Nizami Cəfərovu yığdım və qız bülbül kimi ötməyə başladı. O gündən sonra bir az da dikbaş olan o xanım, nə deyirdim, canla-başla yerinə yetirirdi”.

Tarix
2017.10.02 / 10:11
Müəllif
Aqşin
Şərhlər
Digər xəbərlər

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla