Yuxarı

AMEA-nın bu muzeyinə giriş pullu oldu

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

AMEA-nın Zoologiya İnstitutunun nəzdində fəaliyyət göstərən Zooloji muzeyin xidmətlərinin qiymətləri təsdiqlənib.

AMEA-dan Kult.az-a verilən məlumata görə, qiymətlər uşaqlar və böyüklər üçün ayrı-ayrılıqda müəyyən olunub.

Zooloji muzeydə 257 növ onurğalı heyvan, o cümlədən 44 növ məməli, 116 növ quş, 36 növ sürünən, 13 növ suda-quruda yaşayan və 50 növ balıq eksponatları nümayiş olunur. Təbii heyvan müqəvvaları içərisində Azərbaycan faunasına, eyni zamanda, dünya faunasına aid nümunələr var. Azərbaycanın “Qırmızı kitabı”na salınmış Xəzər qızılbalığı, adi zərdəpər, karelin tritonu, Qafqaz xaçlıcası, Aralıq dənizi tısbağası, Pallas təlxəsi, çəhrayı qutan, flaminqo, qızılquş, Qafqaz tetrası, Hindistan tirəndazı, qonur ayı, Xəzər suitisi, Avropa cüyürü, maral, ceyran kimi nadir növlərin eksponatları faunamızın növ müxtəlifliyi haqqında ətraflı təsəvvür yaradır.

Tarix
2017.10.10 / 12:52
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla