Yuxarı

Azərbaycanda “Ata və Qız” festivalı

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

14 oktyabr 2017-ci tarixində Nizami küçəsində “Ata və Qız” festivalı təşkil ediləcək.

Kult.az xəbər verir ki, festival Niderland Krallığının Azərbaycandakı Səfirliyinin maliyyə dəstəyi ilə BMT-nin Əhali Fondu, Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Gənclər Təşkilatları Milli Şurası ilə birgə “Azərbaycanda qız övladlarının dəyərinin təbliğ edilməsi üçün gənclərin maarifləndirilməsi” layihəsi çərçivəsində həyata keçirilir. Festivalda iştirak edən şəxsləri müxtəlif şou və əyləncə proqramları və hədiyyələr gözləyir.

Festivalın əsas məqsədi müxtəlif fəaliyyətlərin təşkil olunması ilə yanaşı ata və qız övladı arasında emosional və mənəvi əlaqələrin artırılması, ata və qız övladlarının birgə vaxt keçirilmələrinə mühitin təşkil olunmasıdır.

Gün ərzində pazl yarışı, kloun şousu, sehirbaz şousu, karikatura çəkilişi, “Face art” çəkilişi, dulusçuluq master klası, saçhörmə yarışı keçiriləcək.

Müsahibə və yarışların keçirilmə vaxtları:

15:00 – Pantomima

15:20 – Saç hörmə yarışı

16:00 – Kukla teatrının əməkdaşlarının çıxışları

16:20 – “Səssiz film” oyunu

17:15 – “Xəbəri uşaqdan al” oyunu

Festivalda iştirak etmək istəyən şəxslər aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:

Mobil tel: 077 421 11 30

Tel: 012 441 16 31

Fax: 012 441 16 27

E-mail: [email protected]

Ünvan: Azərbaycan, AZ 1014, Bakı şəh., Süleyman Rüstəm küç. 15H

Qeyd edək ki, 11 oktyabr BMT Baş Assambleyasının qərarı ilə “Beynəlxalq Qızlar Günü” elan edilib.

Tarix
2017.10.11 / 18:24
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Ərdoğanın tələbi həm də İrəvanın marağıdır - Koçinyan

Ermənistanla pərdəarxası, görmədikləriniz... - Əliyev

Siyartonun Azərbaycana rəsmi səfəri başladı

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla