Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
18 Oktyabr 2017


“Bu şəhərdə” komandasından bir ilk

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

14:42

Gələcəkdə “Bu şəhərdə” komandası olaraq televiziyalarda qonaq qismində iştirak etməkdən imtina edə bilərik.

Bu sözləri “Bu şəhərdə” komandasının baş prodüsseri Müşfiq Abbasov bu gün Yutub kanalında ilk dəfə canlı yayım vasitəsilə izləyici qarşısına çıxacaqları mövzusunda Kult.az-a danışarkən deyib. O bildirib ki, “Bu şəhərdə”nin Yutub kanalında canlı yayımların davamlı olub-olmaması izləyicilərdən asılıdır:

“İnşallah, bu gün ilk dəfə bu ideya ilə tamaşaçıların qarşısına çıxacağıq. Yutub kanalımızdakı izləyicilərimizin sayı 70 minə yaxındır. Bu rəqəm bir çox verilişlərin izləyicilərinin sayından çoxdur. Əvvəlcə canlı yayıma Yutubdan başlayacağıq, daha sonra isə digər sosial şəbəkələrdə canlı yayımlar həyata keçirəcəyik. Hansı daha effektli olsa, ona davam etdirəcəyik.

Ola bilsin ki, “Bu şəhərdə” komandası ümumiyyətlə televiziyalardakı verilişlərə qonaq qismində çıxmaqdan imtina etsin. Canlı yayımda montaj olmadığı üçün belədə ünsiyyət daha təbii, səmimi alınır. Həm də biz bununla müəyyən informasiya verməyə çalışacağıq.

Amma diqqət az olsa, bundan sonra canlı yayım etməyəcəyik. Biz hər gün canlı yayım təşkil edib, müxtəlif mövzular qoyaraq müzakirə etməyi düşünürük. Bugünkü canlı yayım üçün mövzu müəyyən etməmişik. Hələ ki, sadəcə canlı ünsiyyət olacaq. İnşallah, sonralar veriliş formatına keçmək fikrimiz var.

Ola bilsin, gələcəkdə konsert proqramlarımız üçün hazırladığımız bəzi səhnəciklərin müəyyən hissələrini özəl olaraq izləyicilərimizin qarşısında nümayiş etdirək. Hər şey izləyicilərdən asılıdır. Bugünkü canlı yayımda “Bu şəhərdə” komandasının üzvləri ilə daha yaxından tanış olacaqsınız. Düşünürük ki, izləyicilərimizin ən azı 5 faizi canlı yayıma qoşulsa, bunu uğur saymaq olar”.

Qeyd edək ki, “Bu şəhərdə” komandasının canlı yayımı bu gün saat 16:30-da Kult.az-da da yayımlanacaq.

***

"Bu şəhərdə" komandası canlı yayımda oxucuların onlayn suallarını cavablandırıb.

***

“Bu şəhərdə” komandasının baş prodüseri Müşfiq Abbasov bu gün ilk dəfə Yutub kanalında çıxdıqları canlı yayımla bağlı Kult.az-a açıqlama verib.

M.Abbasov ilk dəfə olmasına baxmayaraq canlı yayımın çoxlu sayda oxucu tərəfindən izlənildiyini bildirib:
“Canlı yayıma günün passiv saatında qoşulsaq da, kifayət qədər oxucu tərəfindən izlənildik. Bundan sonra oxucuların marağını nəzərə alıb, günün münasib vaxtlarında canlı yayım vasitəsilə hər kəsin suallarını cavablandırmağa çalışacağıq”.

Tarix
2017.10.12 / 17:44
Müəllif
Büllurə Yunus
Şərhlər
loading...
Digər xəbərlər

Qobustanda ana doğuş zamanı öldü

Tanınmış həkimin 20 minlik saatını oğurlayanlar tutuldu

Bakının bu rayonları susuz qaldı

Bu ölkə itlərə pensiya kəsdi – 1400 dollar

Eko ilə görüşüm mənim üçün unudulmazdır - Foto

Leyla Əliyeva xalq artistləri üçün kömək istədi - Video

Nail Naiboğlunun həyat yoldaşı vəfat etdi

Direktorun əri məktəb psixoloqunu döydü

Adı çəkilsin deyə, 30 min təklif etdi – Bu şəhərdə

Arvadı erməni aktyoru öldürmək istədi - Miras

KULT
<>
Xəbər xətti
 
SORĞU
Ermənilərin Qarabağı sülh yolu ilə azad edəcəyinə inanırsınızmı?
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla