Yuxarı

Gecə saat 3-də nə baş verəcək? - Lənətli gün

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cümə gününün ayın 13-nə təsadüf eləməsi ilin ən sirli günlərindən sayılır.

Kult.az xəbər verir ki, xristian inanclarına görə, 13 rəqəmi, eyni zamanda hər ayın 13-ü lənətli gündür. Deyilənlərə görə, Tanrı hər ayın 13-ü bütün ruhani varlıqların, cin, şeytan və digərlərinin insanlara təmas etməsinə və görünməsinə icazə verir. Uğursuzluqlara rast gəlməmək üçün mühüm qərarları bu gündə qəbul etməmək, bədbəxt hadisələrdən qorunmaq lazımdır. Cümə günü ayrılıqda müqəddəs və 13 rəqəmi də ayrılıqda kifayət qədər uğursuzdur. Çoxumuz rəqəmlərin sirrinə inanır və bu inanclardan həyatımızda da istifadə edirik. Məsələn, insanlar maşın, ev, telefon nömrələrini eyni seçərək, bunu sınayırlar. Və yaxud, hər hansı bir rəqəmi özümüz üçün seçir və bunun uğur gətirəcəyinə inanırıq.

Kornemusun “Mistik fəlsəfə” əsərinə görə:

1 - məqsəd rəqəmi

2 - ziddiyyətli rəqəm

3 - dəyişkənlik bildirən rəqəm

4 - davamlılıq və möhkəmlik bildirən rəqəm

5 - risk rəqəmi

6 - etibarlılıq rəqəmi

7 - sirli rəqəm

8 - maddi cəhətdən uğurlu

9 - ümumi uğur rəmzi

10 - qanun rəqəmi

11 - bütün gizli elmlərdə “yaramaz”, qanundankənar və cinayətkar

12 - bütövlük,

13 - nəhs rəqəm adlanır.

Bu günün cümə gününə düşməsi daha qorxuncdur, çünkü islam inanclarına görə də cümə günü Tanrı ruhani varlıqlara insanlara görünməyə və onların yanına evlərinə getməyə icazə verir. Müsəlmanlar bunu ölülərin ruhuna görə müqəddəs gün hesab etsə də, hər iki inancın eyni gündə toqquşması qədim əfsanələrə görə çox qorxunc hadisələrlə nəticələnir. Çox nadir hallarda ayın 13-ü həm də cümə günü olur. İngiltərədə indiyə qədər belə bir fikir mövcuddur ki, ayın 13-ü, özü də cümə gününə düşürsə, dənizə çıxmaq olmaz. XVIII əsrin sonunda bu xurafat o qədər geniş yayılmışdı ki, İngiltərə hökuməti artıq bunun mənasızlığını sübut etmək qərarına gəlmiş, "Cümə, 13" adlı gəmi inşa etmişdi. Gəminin suya ilk çıxışı da cümə günü, ayın 13-ü olub. Amma taleyin acı istehzası: Gəmi komandası ilə birlikdə itkin düşmüşdü.

Həmin xurafatçı inanclara görə, ayın 13-ü cüməyə təsadüf edəndə qaniçənlər, əcinnələr və sair şeytani qüvvələr bir yerə yığışır, demonik toplantı, şabaş keçirirlər. Gecə yarısı olanda isə onlar dəhşətli əməllər törədirlər. Gecə saat 3 isə bütün inanclara görə şeytanın saatıdır. Güzgü qarşısında ay və ya şam işığında durmaq yenə bütün inanclara görə şeytanı və cinləri ən çox cəlb edən hadisədir.

Tarix
2017.10.13 / 22:58
Müəllif
Aytac Qədirova
Şərhlər
Digər xəbərlər

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla