Yuxarı

6 türk ölkəsinin Bakı festivalı - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən Nizami Kino Mərkəzində Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtma müşavirliyi, Yunus Əmrə İnstitutu və Bakı Dövlət Universitetinin dəstəyi ilə II Türk Dünyası Sənədli Filmlər Festivalının rəsmi açılışı olub.

Kult.az xəbər verir ki, tədbirdə Türkiyənin ölkəmizdəki səfiri Ərkan Özoral, Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, xalq artisti Amaliya Pənahova, səfirliyin mədəniyyət və təbliğat müşaviri İrfan Çiftçi, Türk Dünyası Qəzetçilər Federasiyasının rəhbəri Menderes Dəmir iştirak edib.

Onlar bildirib ki, “6 ölkə, 1 festival” devizi ilə təşkil edilən festival qardaş türk xalqlarının bir-birilərini daha yaxından tanımalarına xidmət etmək məqsədi daşıyır.

Festivalda Azərbaycan və Türkiyə istehsalı olan iki sənədli film - “Sıraç” və “Yol” nümayiş etdirilib.

Türkiyəli rejissor Gülşah Sarun film haqqında bunları deyib:

“Altı aydan çox vaxt sərf edərək, bu filmi ərsəyə gətirdik. Türkiyənin Tokat, Yozqat, Sivas, Çorum bölgələrində yaşayan türkmən Sıraç tayfasının mədəni dəyərləri və yaşam tərzi ilə bağlıdır. Sıraçlar Səfəvi İmperiyasının qurulmasında iştirak etmiş Oğuzun Bəydilli tayfasına məxsusdurlar. Yerli əhalini razı salmaq çox çətin oldu. Onlar bildirdi ki, yalnız filmə baxdıqdan sonra yayımına icazə verə bilərik. Üç hissədən ibarət olan “Doğum”, “Düğün” və “Ölüm” mövzularından ibarət film onlarr tərəfindən də çox bəyənildi”.

Festivalda Azərbaycanlı gənc rejissorlar, Bakı Dövlət Universitetinin tələbələri Azər Ağayevlə Rəvanə Səmədovanın “Yol” filmi də fərqlənən filmlərdən olub. Bu ekran işində XIX-XX əsrlərdə dəfələrlə sürgünə məruz qalan Axıska türklərinin keşməkeşli həyatından bəhs olunur. Filmdə bu əzabkeş türklərin Stalinin deportasiya siyasəti, Fərqanə hadisələri və digər hadisələr nəticəsində sürgün olunması və Azərbaycanda yeni, doğma torpaqlardan uzaq həyata alışma prosesi əksini tapıb.

Qeyd edək ki, bu ildən etibarən festivalda mərhum azərbaycanlı rejissor Tofiq İsmayılovun xatirəsinə xüsusi mükafat təyin edilib. Mükafata Başqırdıstandan Kirsten Qaynetin “7 Maidens Theatre” filmi layiq görülüb. “Sıraç” filmi isə festivalda üçüncü yerə layiq görülüb”.

Tarix
2017.10.14 / 13:32
Müəllif
Pərviz Hüseyn
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla