Yuxarı

Azərbaycanda ilk: virtual muzey yaradıldı - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mirzə Ələkbər Sabir Fondu tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə dahi şairin 155 illiyi münasibətilə “Mirzə Ələkbər Sabir virtual muzeyi” layihəsinin təqdimat mərasimi keçirilib.

Kult.az xəbər verir ki, Beynəlxalq Mətbuat Mərkəzində baş tutan tədbiri tanınmış jurnalist Vəsilə Vahidqızı açıb. O, M.Ə.Sabir irsinin virtual muzey formatında təşkil edilməsinin təqdirəlayiq hadisə olduğunu bildirib.

Daha sonra fondun prezidenti Sevda Tahirli çıxış edərək virtual muzeyin təşkil edilməsinin məqsədini açıqlayıb:

“İctimai fikir tariximizin görkəmli nümayəndələrindən olan M.Ə.Sabirə istər öz xalqımız, istərsə əcnəbi vətəndaşlar tərəfindən çox böyük bir sevgi və maraq var. Bilirsiniz ki, onun Bakıda muzeyi yoxdur. Yalnız Şamaxıda var. Həmin muzey də restavrasiya olunması üçün müvəqqəti olaraq istifadəyə dayandırılıb. Bununla yanaşı, şairin külliyyatı pərakəndə halda idi. Buna görə də Sabirin həyat və yaradıcılığı ilə tanış olmaq istəyən yerli və əcnəbi vətəndaşlar çətinlik çəkirdilər. Biz də onun həyat və yaradıcılığına aid bütün materialları bira araya gətirmək məqsədilə virtual muzey yaratmaq qərarına gəldik. Beləliklə, Sabir haqqında mövcud olan foto, video və yazılı arxivləri, kitabxanalarda, şəxsi kolleksiyalarda saxlanmış materialları bir araya topladıq və rəqəmsallaşdırdıq. Sözsüz ki, bütün bunları dövlət dəstəyi sayəsində reallaşdıra bildik. Bu virtual muzey sabirsevərlərə, ədəniyyatsevərlərə M.Ə.Sabirin 155 illiyi münasibətilə fondumuzun bir töhfəsi oldu”.

Daha sonra materialların virtuallaşdırılmasını həyata keçirən Azərbaycan Fotoqraflar Birliyinin üzvü Nurlan Tahirli virtual muzeyin qısa təqdimatını edib. Muzeydə Sabirin Şamaxıdakı ev muzeyinin 360 panoramik görüntüsü, həyat və yaradıcılığı, mütəfəkkirlərin şair haqqında dedikləri, virtual kitabxana və arxiv sənədlər, həmçinin şəxsi əşyalarının fotoları yer alıb. Sabirin 1912-ci ildə nəşr olunmuş nadir “Hophopnamə” kitabı da virtual muzeyə daxil edilib.

Təqdimatdan sonra muzeyin yaradılmasında birbaşa əməyi olan AMEA Mərkəzi Elmi Kitabaxanının müdiri Leyla İmanova çıxış edib. O, Sabirin yaradıcılığına aid nümunələrin vahid baza formasında yaradılmasını tarix adına önəmli addım olduğunu bildirib.

Tədbirdə ziyalılar, elm adamları, tanınmış QHT və media nümayəndələri, tələbələr iştirak edib.

Tarix
2017.10.14 / 17:22
Müəllif
Zümrüd
Şərhlər
Digər xəbərlər

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla