Yuxarı

Cehyun Musaoğlu gənc jurnalistləri topladı – Təlim

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun və Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin birgə təsis etdikləri “Gənc jurnalistlər” Klubunda təlimlərə başlanılıb.

Kult.az xəbər verir ki, “Jurnalist peşəkarlığının artırılması” adlı təlimlər həftədə bir dəfə Bilik Fondunda keçirilir. Fondun İnformasiya təminatı sektorunun hazırladığı proqram əsasında aparılan təlimlərə mətbuat katibi Ceyhun Musaoğlu rəhbərlik edir.

Oktyabrın 14-dən başlayan və 3 ay müddətində nəzərdə tutulan təlimlərdə Azərbaycan jurnalistlərinin peşə davranışı qaydaları haqqında geniş məlumat verilib, xəbərin toplanması, emalı və yayılması prosesi ətraflı izah olunub. Praktik nümunələr əsasında keçirilən təlimlərdə gələcəyin jurnalistləri peşə vərdişlərinə daha dərindən yiyələnəcəklər.

Tələbə jurnalistlər növbəti təlimlərdə verilmiş mövzular, faktlar əsasında xəbərlər yazacaq və onları təhlil edəcəklər, müsahibənin janrları, tipologiyası, metodları barədə bilgilər alacaq, ictimai nüfuza malik şəxslərdən götürdükləri müsahibələri yayıma hazırlayacaqlar. Klub üzvlərinin aldıqları maraqlı müsahibələr ölkə mətbuatında dərc olunacaq.

Proqrama əsasən, klub üzvlərinin tanınmış jurnalistlərlə görüşləri, bölgələrə səfərləri, müxtəlif redaksiyalarda praktik dərsləri planlaşdırılır.

Tarix
2017.10.23 / 17:30
Müəllif
Aqşin Evrən
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla