Yuxarı

O, Azərbaycanda nadir aparıcılardandır...

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycanın televiziya məkanında yayımlanan verilişlərin eyni formatda və məzmunda olması, sözsüz ki, tamaşaçıları yorur və bu, bəzən narazılıqlara səbəb olur. Bununla yanaşı, bir çox verilişlərin əsasən Türkiyə kanallarında yayımlanan verilişlərin oxşarı olması da problemli məsələlərdəndir.

Əslində, bu gün dünyanın televiziya məkanında da bu problem yaşanır və demək olar ki, əsas ideyalar Rusiya və Avropa televiziyalarından götürülür. Amma bununla yanaşı, Azərbaycanın özündə də maraqlı ideyalar ortaya çıxır və texniki imkanlar məhdud olsa da, bunları reallaşdırmaq mümkün olur. Belə verilişlərdən biri də Speys TV-də yayımlanan “Ad günü” verilişidir. Bu verilişdə maraqlı məqamlar hansılardır?

Verilişi ilk növbədə maraqlı edən əsas amil aparıcıdır. Aparıcı Əkbər Əlizadənin peşəkar aktyor olması ilk diqqəti cəlb edən məqamdır. O, məhz aktyorluq məharətindən istifadə edərək, hər verilişin özünəməxsus ab-havasını formalaşdıra bilir. Hətta bəzən fərqli buraxılışlarda eyni qonaqlar olsa da, yaradılmış ovqata görə qonaqlar fərqli aspektdə təqdim edilir və yoruculuq müşahidə olunmur. Bu isə aparıcının əsas uğurudur.

Əkbər Əlizadə nadir aparıcılardandır ki, Azərbaycan dilində səlis danışır və rus sözlərindən, demək olar ki, istifadə etmir. Buna görə fikrini səlis ifadə edir və əsl efir dilində ünsiyyət yaradır. Əkbər Əlizadənin başqa bir üstünlüyü isə qonaqlarını aşağılamaması və onları tamaşaçıya daha səmimi şəkildə təqdim etməsidir. Bu gün aparıcılarda maraqlı bir “xəstəlik” yaranıb və bu “xəstəliyin” kökündə özünü daha ağıllı göstərməyə cəhd dayanır. Amma Əkbər Əlizadədə bu xəstəlik yoxdur və nə qədər populyarlaşırsa bir o qədər də tamaşaçıya yaxınlaşır.

Nəhayət, verilişin maraqlı olma məqamlarından biri də niyyətinin aydın olmasıdır. Hər buraxılışda tanınmış simalardan kimlərinsə ad günü keçirilir və bunun çox maraqlı efir formatı tapılıb. Bir tərəfdən qonaqlar ad günü olan adamın şəxsi keyfiyyətlərini tamaşaçıya çatdırır, digər tərəfdən isə musiqi nömrələri ilə çıxış edirlər. Buna görə verilişdə heç vaxt ucuz şouya üstünlük verilmir və tamaşaçının zövqü nəzərə alınır.

“Ad günü” verilişi də başda olmaqla, “Speys” televiziya məkanına yeniliklər gətirə bildi.

Tarix
2017.11.01 / 14:52
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla