Yuxarı

Rafiq Hüseynov dəfn edildi - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

09:32

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında xalq artisti Rafiq Hüseynovla vida mərasimi keçirilir.

Kult.az xəbər verir ki, tədbirə mərhumun sənət dostları, bir sıra dövlət işçiləri, aparıcılar Ofeliya Sənani, Şərqiyyə Hüseynova, Nərgiz Cəlilova və başqaları qatılıb.

Vida mərasimi saat 12:00-dək davam edəcək.

Qeyd edək ki, Rafiq Hüseynov Almaniyanın Düsseldorf şəhərindəki klinikalardan birində oktyabrın 26-da dünyasını dəyişib. O, xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Məşhur diktor 1946-cı ildə Şuşada anadan olub. Ağciyər xərçəngindən əziyyət çəkən xalq artisti bir neçə dəfə Türkiyədə əməliyyat olunub, kimyaterapiya müalicəsi alıb.

***

Xalq artisti Ofeliya Sənani vida mərasimində çıxış edib.

Bildirib ki, Rafiq Hüseynov gözəl səsi, olan əvəzolunmaz diktor olub:

"Onun yoxluğu mənim üçün çox çətindir. Biz diktorlar bu yaşda yetim qaldıq. O bizim əla dostumuz idi. Onun məsləhətinə hər zaman ehtiyacımız var. Xəstə ola-ola bizə öz məsləhətlərini verirdi. Heç kəs məndən inciməsin, amma onun kimi diktor olmayacaq. Rafiq Hüseynova Moskvada iş təklif etmişdilər. Ev və yüksək maaş da verirdilər. O, buna razı olmadı. Demişdi ki, Azərbaycandan kənarda qala bilmərəm. Allah onu o qədər çox istəyir ki, vida mərasiminin keçirilməsi televiziyanın yubileyi ərəfəsinə düşdü".

***

Xalq artisti Rafiq Hüseynov Yasamal qəbiristanlığında dəfn olunub.

Tarix
2017.11.03 / 13:43
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Moskva, Bakı, Ankara və Tehran dərhal bunu etməlidir

Sərhəd boyu proses gedəcək: mübahisəli ərazilərə çatanda…

İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla