Yuxarı

Tahir Əkbərin bu addımını eşidəndə çox üzüldüm – Millət vəkili

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təəssüf ki, işemik insult Tahir müəllimin sol beyninin böyük bir hissəsinə ciddi zərər vurub. Nəzərə alsaq ki, bu onun keçirdiyi 3-cü insultdur və bundan başqa beyində 2 dəfə də ciddi proseslər baş verib, vəziyyət ağır olaraq qalır.

Kult.az xəbər verir ki, bu sözləri millət vəkili Qənirə Paşayeva dünən insult keçirərək xəstəxanaya yerləşdirilən bəstəkar Tahir Əkbəri xəstəxanada ziyarət etdikdən sonra onun səhhəti ilə bağlı danışarkən deyib.

Millət vəkili böyük bəstəkarlarımızı 1 saylı Klinik Tibbi Mərkəzdə sevilən sənətçi Aybəniz Haşımova ilə birgə ziyarət edib:

“Xəstəxananın baş həkimi Ədalət müəllim və həkimlərlə geniş söhbətimiz və müzakirələrimiz oldu. Həkimlər əllərindən gələni edirlər ki, Tahir müəllim yaşasın və sağalsın. Baş həkim bildirdi ki, dəyərli bəstəkarlarımızın sağalması üçün əlimizdən gələni edəcəyik, bütün tibbi imkanlardan istifadə olunacaq. Tahir müəllim qan təzyiqi və şəkər xəstəliyindən də əziyyət çəkir”.

Q.Paşayeva bildirib ki, dünənlə müqayisədə bu gün bəstəkarın vəziyyəti yaxşı olub. Hətta dünən T.Əkbər Aybəniz Haşımovanı tanımayıb:

“Amma bu gün Aybəniz xanımı da, məni də tanıdı. Tahir müəllimin və ailəsinin yanında olan əziz ailəsinə, Aybəniz xanıma, xəstəxananın həkimlərinə və baş həkim Ədalət müəllimə, özəlliklə ziyalılarımıza hər zaman dəstək olan dəyərli Mehriban xanım Əliyevaya təşəkkür edirəm. Tahir müəllim hər zaman sadə həyat yaşayıb. Qızının təhsil haqqını ödəmək üçün iki otaqlı evini satıb bir otaqlı ev alıb. Amma başqalarına bunu söyləməyib. Mənə də bu gün söylədilər və çox üzüldüm.

Tahir müəllim Azərbaycan musiqi mədəniyyətinə çoxlu gözəl və xalqımız tərəfindən çox sevilən əsərlər təqdim edib. O əsərlər hər zaman seviləcək. Bu gün onu xəstə görməkdən çox təsirləndim. İnanırıq ki, dövlətimiz, dəyərli mütəxəssislərimiz Tahir müəllimin sağalması üçün bundan sonra da gərəkli bütün addımları atacaq və o, sağalaraq xalqımız üçün gözəl əsərlər yaratmaqda davam edəcək. Allah yardımçısı olsun və onu tezliklə yenə də gözəl əsərlərini təqdim edən görək”.

Qeyd edək ki, əməkdar incəsənət xadimi, dəyərli bəstəkar Tahir Əkbər dünən insult keçirərək 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib. Onun bütün müalicə xərclərini Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu öz üzərinə götürüb.

Tarix
2017.11.03 / 17:11
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla