Yuxarı

Heydər Əliyev Fondu onunla hər gün maraqlanır

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili Aydın Mirzəzadə bu gün tanınmış bəstəkar, əməkdar incəsənət xadimi Tahir Əkbərin vəziyyəti ilə maraqlanmaq üçün Respublika Müalicəvi Diaqnostika Mərkəzində olub.

Kult.az xəbər verir ki, bu barədə millət vəkilinin özü qeyd edib. O bildirib ki, xəstəxananın baş həkimi Könül xanım Xəlilova ilə görüşərək, Tahir müəllimin vəziyyəti barədə danışıb:

“Baş həkimlə birlikdə reanimasiya şöbəsində xəstənin yanında olduq. Tahir Əkbəri müalicə edən Rövşən həkim müalicə prosesi barədə müfəssəl məlumat verdi. Onun vəziyyəti stabil ağırdır. İntensiv müalicə gedir. Vəziyyəti daim diqqətdə saxlanılır.

Müalicənin xərclərini öz üzərinə götürmüş Heydər Əliyev Fondundan bəstəkarın vəziyyəti ilə mütəmadi maraqlanırlar”.

Qeyd edək ki, əməkdar incəsənət xadimi, bəstəkar Tahir Əkbər insult keçirərək 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib. Onun bütün müalicə xərclərini Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu öz üzərinə götürüb.

Tarix
2017.11.06 / 13:15
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Bakı yenidən özünün olanı geri qaytarır - Solonnikov

Türk dövləti saydığımız İran bu yoldan çəkilməlidir

Bayramov çexiyalı həmkarı ilə görüşdü

Əliyev Zelenskini Bakıya dəvət etdi

İran axır ki, dilləndi: alqışlamadı - “hörmət” edir...

Paşinyan dedi ki, mən gedirəm, Əliyev özü gələcək

Əliyev Moskvada bunu vurğuladı - Solonnikov

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

İrəvan 4 kəndlə bağlı elan etdi: Bu gün başlayır!

Sülhməramlıların çıxarılması davam edir - Yeni video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla