Yuxarı

1956-da üçrəngli bayrağı Qız qalasına kim sancmışdı?

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çingiz Abdullayev və Cahid Hilaloğludur: 1956-cı il 28 may günü Qız qalasına üçrəngli bayrağımızı sancan qəhrəmanlar.

Kult.az xatırladır ki, bu iki gənc bu əməllərinə görə bütün gənclik illərini həbsxanalarda, sürgünlərdə çürüdüb. Cahid və Çingizin mübarizəsinin ən pik nöqtəsi üçrəngli Azərbaycan bayrağını Qız qalasının başına qaldırmalarıdır.

Cahid Hilaloğlu 1928-ci ildə Ağdamda anadan olub və 1991-ci ildə elə doğma şəhərində də vəfat edib. Hilaloğlunun ölümündən bir neçə ay sonra uğrunda mübarizə apardığı müstəqillik Azərbaycana da qismət oldu və onun sovet rejiminin ağalıq vaxtlarında Qız qalasının başına qaldırdığı üçrəngli bayraq hər yerdə sərbəst dalğalandı. Amma bunu görmək Cahid Hilaloğluya qismət olmadı.

Çingiz Mirzağa oğlu Abdullayev 1929-cu ildə Laçında doğulub. Deyilənə görə, Çingizin bir qohumu Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında iştirakı olan önəmli şəxs olub və cümhuriyyətin işğalından sonra həmin qohum Türkiyəyə mühacirət edib. Qohumun kimliyi aydınlaşmayıb. Uşaqlıqdan evdə-ailədə gizli söhbətlər eşidən Çingiz müstəqil böyüyüb, hadisələrə ayıq gözlə baxmağı bacarıb.

Qeyd edək ki, noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günüdür. 2009-cu il noyabrın 17-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Həmin il dekabrın 4-də isə Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib.

Tarix
2017.11.09 / 19:15
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmayılıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla