Yuxarı

Lütfi Zadənin Rafiq Əliyevə bağışladığı mirasın taleyi...

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin sentyabrında 96 yaşında dünyasını dəyişən dahi alim Lütfi Zadə mirasının bir hissəsini professor Rafiq Əliyevə vəsiyyət edib.

Moderator.az-ın məlumatına görə, bir neçə gün bundan əvvəl Lütfi Zadənin oğlu Norman Zadə Rafiq Əliyevə məktub yazaraq, atasının professora vəsiyyət etdiyi maddi miras haqqında məlumat verib. Həmçinin, həmin mirası onun bank hesabına köçürməsi üçün müvafiq bilgiləri istəyib:

"Hörmətli professor Əliyev,

Valideynlərim sizə maddi miras qoyublar. Xahiş edirəm, hesab nömrənizi göndərin ki, mən atamın vəsiyyətini yerinə yetirə bilim”.

R.Əliyev isə həmin mirası qəbul edərək birbaşa Lütfi Zadənin irsini təbliğ və tədqiq edən beynəlxalq elmi mərkəzə - "Zadə irsi və süni intellekt” Assosiasiyasına bağışlayıb.

Məlumata görə, sözügedən miras kifayət qədər böyük məbləği əhatə edir. Lakin artıq fonda aid olduğu və oranın maliyyə məsələlərinə tabe olduğu üçün vəsiyyət edilən maddi miras açıqlanmır.

R.Əliyev bildirib ki, bağışlanan maddi vəsaitlə Zadənin irsinin tədqiq və təbliği ilə yanaşı, gənc tələbələrə və elmi araşdırmaçılara müvafiq yardımlar ediləcək.

Tarix
2017.11.13 / 12:27
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Əskipara sakinləri narahatdır: Getmək istəmirik - Video

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla