Yuxarı

Elşad Miridən Hidayətqızına irad: Cin qalmaqalı - Video

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəzər TV-də yayımlanan və Xoşqədəm Baxşəliyevanın apardığı “Səni axtarıram” verilişində efirə gedən görüntülər hər kəsi təəccübləndirib. Belə ki, verilişə müraciət edən ailələrdən biri evlərində cin olduğunu bildirib. Evə quraşdırılan kameralarda bədəninə cin girdiyini deyən qadın qəflətən yerə yıxılaraq sürünməyə başlayıb və hadisə təqribən iki saata yaxın davam edib. Problemin həlli üçün ev sahiblərinə psixoloji yardım göstərilməsinə qərar verilib.

Məsələ ilə bağlı Kult.az-a danışan ilahiyyatçı Elşad Miri sözügedən görüntülərin gəlir əldə etmək məqsədilə uydurulduğunu deyib:

“Qurani-Kərimdə insanın bədəninə cin girməsi ilə bağlı heç bir məlumat yoxdur. Peyğəmbərin sağlığında kiminsə bədəninə girən cini çıxarması kimi hadisələr baş verməyib. Bu, sonralar bəzi adamların pul qazanmaq məqsədilə istifadə etdikləri uydurulmuş məsələdir.

Təsəvvür edək ki, evə kamera yerləşdirilir və cin gəlib həmin adamın bədəninə daxil olur. Yəni cin o qədər axmaqdır ki, evə yerləşdirilən kameradan xəbərsizdir?! Bütün bunlar biabırçılıqdır, absurddur.

Belə getsə, sabah çıxıb deyəcəklər ki, dünyaya gətirdiyim uşaq hansısa cindəndir və s. Təəssüf ki, hətta islam hüquqşünasları da vaxtilə kitablarında cinlərdən doğulan uşaqlarla bağlı məsələləri gündəmə gətiriblər. Onsuz da belə hadisələrin heç birinin əsası yoxdur. Müəyyən xəstəliklər, şizofreniya ilə bağlı olan məsələləri kiminsə bədəninə cin girməsi və ya çıxarılması kimi təqdim etmək başqa bir peşənin formalaşmasına gətirib çıxarır”.

Tarix
2017.11.13 / 13:45
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla