Yuxarı

Coşqun Rəhimov “ölüm xəbəri”ndən danışdı

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu şəhərdə” heyətinin 17-ci ildönümlərinə həsr etdikləri silsilə konsert proqramlar həm də əməkdar artist Coşqun Rəhimovun mediada yayılan ölüm xəbəri ilə yadda qaldı. Sevilən aktyor haqda yayılan yalan məlumat qısa müddətdə sürətlə yayıldı və onu sevənləri məyus etdi.

Coşqun Rəhimov bununla bağlı Kult.az-ın suallarını cavablandırıb.

-“Bu şəhərdə”nin 17-ci il dönümü sevincini yaşadığınız zaman haqqınızda yalançı ölüm xəbəriniz yayıldı. Ovqatınıza necə təsir etdi?

- Bu xəbər belə gözəl gündə məni o mənada məyus etdi ki, yaxınlarım, ailəm, dostlarım narahatlıq keçirdi. Məni ən əsas üzən bu oldu. Mənimlə bağlı yayılan belə məlumatlar birbaşa onlara təsir edir. Ailə üzvlərim, dost-tanışlar, qohumlar mənə görə narahat olurlar. Əlbəttə, mən bilirəm ki, sağam. Ancaq həmin an mənimlə əlaqə yarada biməyənlər nə hisslər keçirir?! Çox şərəfsiz, alçaq, mənəviyyatsız və vicdansız insandır bu xəbəri yayanlar. Bilmirəm bu yolla qazandığı pulu evinə, ailəsinə necə aparır. Bu adamın məqsədi nədir, bilmirəm, hansı məzhəbə qulluq edir? Söz tapa bilmirəm bu insanlar haqqında.

- “Ölümünüzdən” necə xəbər tutdunuz, ilk reaksiyanız necə oldu?

- Dostlarım dedi. Sağ olan insanın özünün ölüm xəbərini eşitməsinə reaksiyası necə ola bilər ki? Belə məqamda dərhal yaxınlarımı düşünürəm. Yaxnlarımın, əzizlərimin, dostlarımın, sevənlərim və əziz tamaşaçılarımın narahatlığını başa düşürəm. Belə məqamda sevildiyimi, məni çox istədiklərini hiss edirəm. Başa düşürəm ki, tamaşaçılarım və dostlarım üçün dəyərliyəm. Bu mənə həm də onu göstərir ki, işimdə xırda da olsa, nəyəsə nail olmuşam. Bütün bunlara sevinə bilərəm. Ancaq yaxınlarımın keçirdiyi narahatlıq sevincimə mane olur. Qoy bu xəbəri yazan üzülsün ki, mən ölməmişəm.

- Coşqun bəy, bu, sizin haqqınızda yayılan ilk yalan deyil. Artıq öyrəşmisinizmi bu xəbərə?

- Ölümlə zarafat etməzlər, axı. Bu xəbər kimisə narahat edirsə, necə öyrəşmək olar buna? O şəxslər bilsin ki, mənim yaxınlarım, dost-tanışlarım bu məlumatı yayanları lənətləyir. Özlərinə lənət qazanırlar. Allah verən ömrü Allah da alır. Hamı nə vaxtsa öləcək...

- Necə düşünürsüz, sizcə, bu qəsddir, ya reytinq xətrinə edilən cəfəngiyyat?

- Bu günə qədər özümə düşmən qazanmamışam. Nə şəxsi həyatımda, nə də sənətimdə. Yəqin ki, kimlərsə bunu reytinq xətrinə edib.

- Hazırda necəsiz, özünüzü necə hiss edirsiz?

- Şükürlər olsun ki, yaxşıyam. İnşallah daha yaxşı olacam. Siz də çox sağ olun. Mənə görə narahat olanlara da minnətdaram. Londonda keçiriləcək konsertimizə hazırlaşırıq...

Tarix
2017.11.15 / 16:20
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarılır - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla