Yuxarı

Tolerantlıq həyat tərzimizdir - Dekan

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkə başçısı İlham Əliyevin dediyi kimi, tolerantlıq bizim həyat tərzimizdir.

Axar.az xəbər verir ki, bu sözləri Azərbaycan Dillər Universitetinin (ADU) Tərcümə və mədəniyyətşünaslıq fakültəsinin dekanı Bənövşə Məmmədova bildirib.

B.Məmmədovanın sözlərinə görə, hər bir şəxsin fərqli ifadə tərzinə hörmətlə yanaşmaq, ziddiyyət təşkil etməsinə baxmayaraq, onun fikirlərinə dözümlü münasibət nümayiş etdirmək tolerantlıqdır:

“Tolerantlıq fərdin özü kimi düşünməyənlərə qoşulmaq, öz dəyərlərindən uzaqlaşmaq deyil, əksinə, onları olduğu kimi qəbul edərək, yaxşı davranmağı bacarmaqdır.

Unutmaq lazım deyil ki, bizim üçün qəbuledilməz olan başqası üçün dəyər ola bilər. Tolerantlıq fərqliliyi zənginliyə, müzakirələri inkişafa, iğtişaşları sülhə, fərdiyyətçiliyi harmoniyaya aparan əsas amildir.

Müxtəlif dinlərin, mədəniyyətlərin və sivilizasiyaların birgə yaşayışında ən uğurlu formul tolerantlıqdır. Və təsadüfi deyil ki, birlik içində yaşamağa çağırış olaraq 1995-ci ildə YUNESKO-nun 50 illiyi münasibəti ilə Beynəlxalq Tolerantlıq Günü təsis edilib. Qurumun nizamnaməsində qeyd olunduğu kimi, məqsəd dünyada hamının bir-birinə dözümlülük nümayiş etdirməsinə çağırış etməkdir.

Məişətimiz, həyatımız çoxmədəniyyətlilik, müxtəliflik, tolerantlıq prinsipləri üzərində kök atdıqca multikulturalizm dövlətimizin başlıca prioritetlərindən birinə çevrilib. Müstəqilliyin ilk illərində Heydər Əliyev Azərbaycanın gələcək uğurlu inkişafı üçün dəqiq ideoloji hədəf seçərək öz siyasəti ilə əsrlər boyu formalaşmış çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirib, onu keyfiyyətcə yeni müstəviyə - siyasət müstəvisinə keçirib. Ulu Öndər haqlı olaraq multikulturalizm siyasətini ölkənin demokratik inkişafının tərkib hissəsi hesab edirdi. Və bu gün Azərbaycan bütün dünyada həm də tolerantlıq örnəyi kimi tanınır. Ulu öndər Heydər Əliyevin ölkəmizdə tolerantlığın qorunub saxlanılması istiqamətində həyata keçirdiyi tədbirlər və Azərbaycanın müxtəlif milli və mədəni dəyərlərin qovuşma və qorunması uğrunda atdığı addımlar danılmazdır. Azərbaycan indi dünyanın nadir ölkələrindəndir ki, burada bütün millətlər, bütün xalqlar, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır. Ölkəmizdə dini və milli dözümlülük, tolerantlıq yüksək səviyyədədir. Tolerantlıq Azərbaycan cəmiyyətini səciyyələndirən bir ənənəyə çevrilib. Bu, əsas qanunda da öz əksini tapıb. Konstitusiyanın 48-ci maddəsinə əsasən, hər kəsin vicdan azadlığı var”.

Dekan bildirib ki, indi əksər ali təhsil müəssisələrində multikulturalizmlə, tolerantlıqla bağlı mühazirələr oxunur, fənlər tədris olunur:

“Azərbaycan Dillər Universiteti tolerantlıqla bağlı silsilə tədbirlər keçirən ali təhsil ocaqlarındandır. Universitetdə keçirilən tədbirlərdə xarici tələbələr də iştirak edir ki, bu da bizdə tolerantlığın bütün sahələrə nüfuz etdiyindən xəbər verir.

Tarixi mənbələrə nəzər salanda Azərbaycan xalqının bütün dövrlərdə tolerantlığa böyük önəm verdiyini görmək mümkündür".

Tarix
2017.11.16 / 16:50
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla