Yuxarı

Dünyanın ən bahalı 5 əşyası – Axar TV

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnsanların çoxunu bahalı geyimlər, avtomobillər, daşınmaz əmlaklar maraqlandırır. Bəziləri hətta adı çəkilən əşyalar üçün öz milyonlarından belə keçməyə hazır olurlar. Maraqlıdır hazırda dünyada ən bahalı şeylər nədir?

Axar TV dünyanın ilk beşliyə daxil olan “ən bahalılar”ı təqdim edir:

1. Dünyanın ən bahalı rəsm əsəri: “Əlcəzair qadınları”. İspaniyanın məşhur rəssamı Pablo Pikkassoya aid olan bu rəsm əsəri auksionda rekord qiymətə - 173,9 milyon dollara satılıb. İddialara görə, bu əsəri Qətərin keçmiş baş naziri Şeyx Həmad əs-Sani alıb.

2. Dünyanın ən bahalı şəxsi təyyarəsi: “Uçan saray”. Dünyada ən bahalı şəxsi təyyarəyə şahzadə Valid bin Təlal sahibdir. Şahzadəyə məxsus “Eyrbas A380” təyyarəsi əslində 300 milyon dollar olsa da, sonradan edilən dəyişikliklər nəticəsində bu qiymət 500 milyon dollara qədər yüksəlib. Bin Təlalın təyyarəsi təkcə dünyanın ən bahalısı yox, həm də ən böyüyüdür. İddialara görə, təyyarənin möhtəşəmliyinə rəğmən şahzadə hələ də “Eyrbas”ın onun üçün hazırladığı bu təyyarədən narazıdır.

3. Dünyanın ən bahalı maddəsi: “Antimaddə”. İddialara görə, antimaddə Böyük Partlayış (Big Bang) nəticəsində meydana gəlib. O, maddə ilə ilk vaxtlar bərabər miqdarda olsa da, bizim kainatda antimaddəyə demək olar ki, rast gəlinmir. Bir milliqram antimaddə yaratmaq 100 milyard dollar tələb edir. Bir qram antimaddə ilə Xerosimoya atılan bombanın enerjisinin iki qatı əldə edilə bilir. Hazırda 1 qram antimaddənin dəyəri 62,5 trilyon dollar, bəzi mənbələrə görə isə 100 trilyon dollar hesab edilir.

4. Dünyanın ən bahalı silahı: “Gözəgörünməz təyyarə”. Dünyanın ən bahalı təyyarəsi F-35-lər hesab edilir. Radarlar üçün gözəgörünməz olan bu təyyarələrin hazırlanmasına 2006-cı ildən başlanılıb. ABŞ Müdafiə Nazirliyinin 2011-ci ildəki hesabatına əsasən bu təyyarə üçün 56 milyard dollar xərclənilib. ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp isə F-35-lərlə bağlı layihənin ümumi dəyərinin 400 milyarddan çox olduğunu bildirib.

5. Dünyanın ən bahalı avtomobili: 49 illik “Ferari”. Dünyanın ən bahalı avtomobili 2013-cü ildə satılıb. Avtomobili satışa ABŞ-dan olan kolleksioner Paolo Pappalardo çıxarıb. Onun auksiona çıxardığı avtomobil 1964-cü il istehsalı olan “Ferari 250 GTO Racer” olub. O, auksionda 52 milyon dollara naməlum şəxs tərəfindən alınıb.

Tarix
2017.11.18 / 13:00
Müəllif
Ülkər Həsənova
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlılar Qarabağı tərk etməyə başladı - Video

XİN rəhbəri Terhi Hakalanı qəbul etdi

Vuçiç Əliyevin dəvətini qəbul etdi

Serbiya prezidenti İlham Əliyevə zəng etdi

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

Biz bu gün su mənbələrimizə tam sahib olmuşuq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla