Yuxarı

Onun dərmanı sevgidir - Millət vəkili

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan kinosunu onsuz təsəvvür etmək, sadəcə, mümkünsüzdür. “Dədə Qorqud”da Beyrəyi, “Babək”də Babəki, “Nəsimi”də Nəsimini biz onunla daha çox sevmişdik. Onun yaratdığı bütün rollar sevilirdi, çünki o qəhrəmanlarını oynamırdı, yaşayırdı. Bir başqadır onun kinomuzdakı yeri və rolu. Özəlliklə bizim gənclik illərində hər kəs ona heyranlıqla baxardı və sevərdi.

Kult.az xəbər verir ki, bu sözləri millət vəkili Qənirə Paşayeva xalq artisti Rasim Balayevlə bağlı qeyd edib. Səhhətində yaranan problemlərdən dolayı xalq artisti ilə görüşən və onunla fotolarını paylaşan millət vəkili bildirib ki, illər keçdi, yaşı artdı, kinomuzda yaşanan bəzi proseslərdən dolayı Rasim Balayevin oynadığı rollar azaldı, az görünməyə başladı televiziya ekranlarında:

“Amma heç kəs onu unutmadı, ona sevgi azalmadı. Bu gün neçə saat söhbət necə keçdi, heç xəbərimiz olmadı. Sözün əsl mənasında dərdləşdik Rasim müəllimlə. Nəsimi ruhlu, dünyagörüşlü bir ziyalı ilə söhbət təbii ki, maraqlı idi. Rasim müəllim, inşallah, sağlamlığına da qısa zamanda tam qovuşacaq. Onun əsas dərmanı isə insanların sevgisi olacaq yenə. Oturduğumuz məkandan ayrılanla insanların yaxınlaşıb necə böyük sevgi ilə onunla danımaq istəməsi, şəkil çəkdirmək marağı bir daha göstərirdi ki, o, Azərbaycan mədəniyyəti tarixində hər zaman yaşayacaq. Söhbətimiz o qədər maraqlı idi ki, hamımız qatılmalı olduğumuz tədbirdən imtina etdik, zəng edib üzr dilədik. Əziz Jalə xanım, var olun! Mehmet bəy təşəkkürlər. Rasim müəllim, siz hələ uzun illər yaşayacaqsınız, rollar da yaradacaqsınız. Sizinlə hələ neçə-neçə filmlər tamaşaçıları düşündürəcək, bəzən sevindirib, bəzən kədərləndirəcək. Siz Azərbaycana, kinomuza çox lazımsınız və özünüzü daha da çox qorumalısınız. Sizə öncə möhkəm can sağlığı arzulayırıq və buna tezliklə tam qovuşacağınıza da inanırıq”.

Qeyd edək ki, bir neçə gün öncə Rasim Balayev səhhətində problemlər yaşadığını, yazılan dərmanları almağa isə imkanının olmadığını bildirmişdi. Onun bu açıqlaması ziyalıları hərəkətə gətirdi, millət vəkili Zeynəb Xanlarova Milli Məclisdə bu haqda çıxış etdi, spiker isə narahatlığı bölüşdüyünü bildirdi.

Daha sonra Səhiyyə və Mədəniyyət və Turizm nazirlikləri araşdırmalara başladıqlarını açıqladılar.

Tarix
2017.11.18 / 14:14
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Türk dövləti saydığımız İran bu yoldan çəkilməlidir

Bayramov çexiyalı həmkarı ilə görüşdü

Əliyev Zelenskini Bakıya dəvət etdi

İran axır ki, dilləndi: alqışlamadı - “hörmət” edir...

Paşinyan dedi ki, mən gedirəm, Əliyev özü gələcək

Əliyev Moskvada bunu vurğuladı - Solonnikov

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

İrəvan 4 kəndlə bağlı elan etdi: Bu gün başlayır!

Sülhməramlıların çıxarılması davam edir - Yeni video

Milli Məclisin növbəti iclası başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla