Ana səhifə Hadisə |
Azərbaycan Dillər Universitetində (ADU) Tərcümə və mədəniyyətşünaslıq fakültəsinin alman dili ixtisaslı müəllim və tələbələrinin təşəbbüsü ilə Almaniyada yaşayan həmyerlimiz, tərcüməçi, fəlsəfə doktoru Qurban Ələkbərovla görüş keçirilib.
Axar.az xəbər verir ki, açılış nitqi ilə çıxış edən fakültənin dekanı Bənövşə Məmmədova professor-müəllim heyətinə, tələbələrə Qurban Ələkbərovun tərcüməçilik fəaliyyətindən bəhs edib.
Daha sonra tələbələrin, professor-müəllim heyətinin suallarını cavablandıran tərcüməçi Almaniyadakı elmi fəaliyyətindən, orada təhsil alan azərbaycanlı tələbələr və elmi işçilər barəsində geniş məlumat verib:
“Almaniyada fəaliyyət göstərən “AATEİB” təşkilatının əsas məqsədi Almaniyada təhsil sahəsində çalışan azərbaycanlı gənclər arasında əlaqə yaratmaq, elmi mövzularda təşkil edilmiş görüşlərdə fikir mübadiləsinin və bu mövzularda alman tərəfinin iştirakının təşkili, Almaniyada əldə edilmiş bilik sayəsində mütərəqqi təhsilin və elmi nailiyyətlərin Azərbaycana transferi məsələləri, təhsildə və elmdə böyük uğur qazanmış gənclərin üzə çıxarılmasıdır”.
Q.Ələkbərov ölkəmizin Almaniya Federativ Respublikasındakı səfirliyinin orada təhsil alan azərbaycanlı tələbələrə böyük dəstək verdiyini və ali məktəblər arasında ikitərəfli əlaqələrin qurulmasında böyük rol oynadığını vurğulayıb.
Tarix
2017.11.20 / 18:56
|
Müəllif
Nərmin Əkbərli
|